Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
Nikol Paşinyan tərəfdarlarının arasında, 25 fevral 2021

“Paşinyanın əhali arasında yetəri qədər reytinqi var. Onun ən yaxın rəqibi olan Koçaryanın reytinqi isə cəmi 10 faizdir. Paşinyanın gücünü müəyyən edən əsas meyarlardan biri də onun 2018-ci ildə hakimiyyətə gəlməsi oldu - o vaxt ölkə tamamilə Rusiyanın əlində və ondan asılı vəziyyətdə idi”.

Bunu Bizimyol.info-ya müsahibəsi zamanı Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli səsləndirib. Onun sözlərinə görə, 2018-ci ildə Rusiyadan asılı ölkədə hakimiyyət çevrilişi baş verdi və burada qlobal sərmayənin adamı, qərbdən maliyyələşən Paşinyan hakimiyyədə gəldi. Bu gün də həmin məsələ baş verir.

Əziz Əlibəyli Əziz Əlibəyli

“Rusiya tərəfindən qlobal sərmayə il' qərb agentləri toqquşur. Nəticə etibarı ilə hazırki vəziyyət onu göstərdi ki, Paşinyanı hakimiyyətdən devirmək mümkün olmadı. Onun gücü kifayət qədər yüksəkdir. Bu baxımdan düşünürəm ki, o, ilk imtahandan uğurla keçdi və hakimiyyətdə qalmağa gücü çatacaq. Bu Azərbaycana da sərf edir. Ən azından 10 noyabr sazişi altında əsas məsuliyyət daşıyan imza sahibi Paşinyandır. Dünən Türkiyə tərəfi də Paşinyanın hakimiyyətdə qalması ilə bağlı bəyanat verdi. Hətta düşünürəm ki, Türkiyə yaxın günlərdə Ermənistanla arasındakı sərhəd qapısını da aça bilər. Bu da Paşinyana müsbət xal gətirə bilər”.

Beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəylinin sözlərinə görə, Ermənistanda çevrilişin baş verməsi Azərbaycan üçün təhlükəli ola bilər.

“Bu təhlükələr bizim üçün növbəti qarşıdurmanın başlanması ehtimalını artırır və 10 noyabr razılaşmasının pozulması anlamına gəlir. Çünki Ermənistanın müxfalifət tərəfi hərbiləşmiş xuntadır. Onlar Azərbaycanla imzalanmış 10 noyabr razılaşmasının əleyhinə çıxışlar edirlər. Onlar hesab edirlər ki, bu razılaşmanın əsas hüquqi məsuliyyəti məhz Paşinyanın üzərindədir və hakimiyyətə gəldikdən sonra onlar revanş alacaqlar. Bu revanşist əhvalda olan şəxlər 10 noyabr razılaşmasının pozulmasını potensial olaraq vəd edirlər.

Azərbaycan işğal altında olan torpaqlarının 75 faizini ordu gücü ilə əldə edib. 25 faiz isə Azərbaycanın razılığı əsasında Rusiya sülhməramlılarının nəzarəti altındadır. Ermənistanda hər hansısa dəyişiklik, hüquqi imzanın arxasından qaçma kimi hallar baş verərsə, bu dəmir yumruğum növbəti mərhələsinin başlanması anlamına gəlir”,- deyə o bildirib.

Leyla Mirzə

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »