Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarici işlər naziri: “Beynəlxalq səviyyədə Xocalı soyqırımına tam hüquqi və siyasi qiymət verilməyib”
Ceyhun Bayramov

“Bu gün Ermənistanın Azərbaycana təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının ildönümünü yad edirik”.

Bunu bu gün Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Xarici işlər naziri deyib ki, bu etnik cinayətin üzərindən uzun illər keçməsinə baxmayaraq, yaralar hələ də tam sağalmır: “Burada soyqırımı aktının qəddarlıqla törədilməsi, kütləvi insan ölümünə səbəb olması ilə yanaşı, bu soyqırımı törədənlərin ədalət mühakiməsi qarşısında cavab verməməsi də əhəmiyyətli rol oynayır. İnsanları yalnız azərbaycanlı olduğu üçün öldürüblər. Dünyanın 17 ölkəsinin ali qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatında bu qətliam kəskin şəkildə pislənib, hərbi cinayət kimi səciyyələndirilib.

Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası tərəfindən Xocalı soyqırımını kəskin pisləyən qətnamə və qərarlar qəbul edilib ”.

Bununla belə, C. Bayramov qeyd edib ki, beynəlxalq səviyyədə Xocalı soyqırımına hələ də tam şəkildə hüquqi, siyasi qiymət verilməyib.(apa)

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Türk dövlətlərinin ortaq dili nə olmalıdır...
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
Son xəbərlər
Bütün xəbərlər »