Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xocalı soyqırımı qurbanları üçün ışıqlı xoreoqrafiya təşkil olunub - Foto
Xocalı soyqırımı qurbanları üçün ışıqlı xoreoqrafiya təşkil olunub - Foto

Bakıdakı “Qobu park” yaşayış kompleksində yaşayan qarabağlı köçkünlər həmrəylik və birlik nümayiş etdirərək Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi anıb.

Bizimyol.info xəbər verir ki, köçkünlər işıqlarla Xocalı soyqırımını xatırladan mesajlar verib.

Gecə vaxtı pəncərələrin işıqları yandırılıb-söndürülməklə kompleksdəki binaların fasadında Xocalı soyqırımını yada salan sözlər və rəqəmlər yazılıb.

Binaların fasadında pəncərələrdən süzülən işıqla bir-birinin ardınca JUSTİCE FOR KHOJALY, XOCALI sözləri və soyqırımının baş verdiyi tarixi - 26 02 1992, soyqırımı qurbanlarının sayı - 613, faciədən ötən müddəti ifadə edən - 29 rəqəmlər əks olunub.

Son xəbərlər
Bütün xəbərlər »