Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın 5 ştatında Xocalı ilə bağlı məlumatlandırma aksiya keçirildi
Xocalı

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, ABŞ-ın Yuta ştatında yaşayan Yuta və Nyu-York Azərbaycan İcmalarının nümayəndələri Əsmər Hüseynova və Kamran Qarayevin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.

Komitədən virtualaz.org-a verilən məlumata görə, fevralın 25-də Xocalı soyqırımına dair həqiqətləri əks etdirən led ekranlı avtomobillər ABŞ-ın Corciya ştatının Atlanta, Tennesi ştatının Naşvil, Massaçusets ştatının Boston şəhərlərində, eləcə də Nyu-York və Vaşinqton şəhərlərində hərəkət edib.

Ekranda üçrəngli dövlət bayrağımız, "Azərbaycan" sözü, "Xocalıya ədalət!", "Biz xatırlayırıq!" şüarları əks olunub, fotoşəkillər "Xocalı soyqırımı. 26 fevral 1992", "Ağdam. Xocalı qurbanlarının dəfn mərasimi", “63 uşaq öldürülüb, 76 uşaq əlil olub", "25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib", "Erməni yazıçısı David Xerdiyan Xocalıdakı qəddarlığı etiraf edib" və s. məlumatlarla müşayiət olunub.

Aksiya 5 ştatdakı dövlət qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların, Ermənistanın səfirlik və konsulluqlarının yerləşdiyi, eləcə də insanların sıx hərəkət etdiyi küçə və meydanları əhatə edib.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
Son xəbərlər
Bütün xəbərlər »