Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Böyük Britaniya parlament dostluq qruplarının görüşündə Xocalı soyqırımı anılıb
Azərbaycan və Böyük Britaniya parlament dostluq qruplarının görüşündə Xocalı soyqırımı anılıb

Fevralın 25-də Böyük Britaniya Parlamentinin Azərbaycan Qrupunun ümumi illik iclası keçirilib.

İclasda Qrupun sədri Bob Bləkmən başda olmaqla Qrupun Lordlar və İcmalar Palatasından olan üzvləri, Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Azərbaycanın Birləşmiş Krallıqdakı Səfiri Tahir Tağızadə və Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayev iştirak edib.

Ümumi illik yığıncaqda Bob Bləkmən yenidən Parlamentin Azərbaycan Qrupunun sədri vəzifəsinə təsdiqlənib və Qrupun rəhbər heyətinin tərkibi müəyyənləşdirilib.

Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində keçirilmiş iclasda sədr Bob Bləkmən Azərbaycan xalqına və faciə qurbanlarının yaxınlarına başsağlığı verib və bununla bağlı İcmalar Palatasında irəli sürdüyü ilkin qanunvericilik təşəbbüsündən bəhs edərək bu kimi faciələrin baş verməməsi üçün bundan sonra da belə anma tədbirlərinin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Azərbaycan Qrupunun sədri və üzvləri çıxışlarında Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini məmnunluqla qeyd edərək işğaldan azad edilmiş ərazilərə səfər etmək niyyətini diqqətə çatdırıblar.

Görüşdə çıxış edən səfir Tahir Tağızadə regiondakı cari vəziyyət haqqında məlumat verib, Avropa Qonşuluq və Amerika regionu üzrə dövlət naziri Vendi Mortonun 8-10 fevral tarixində Azərbaycana səfərinin nəticələrinə toxunub. Səfərin çox uğurlu keçdiyini qeyd edən səfir, yeni şəraitdə ölkələrimiz arasında işğaldan azad edilmiş ərazilərin bərpası da daxil olmaqla geniş miqyaslı əməkdaşlıq üçün yeni imkanların olduğunu vurğulayıb.

Söhbət zamanı Milli Məclisin üzvü Cavanşir Feyziyev Azərbaycan Qupunun üzvlərini ölkəmizə səfərə dəvət edərək bu səfər zamanı işğaldan azad edilmiş ərazilərdə vəziyyətlə tanışlıq imkanı əldə edəcəklərini vurğulayıb.

Sonra Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayev bu məzmunda söhbətin davamı olaraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud vəziyyətlə bağlı parlamentarilərin və beynəlxalq jurnalistlərin məlumatlandırılması istiqamətində görülən işlər haqqında məlumat verib.

Bizimyol.info

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »