Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fahrettin Koca: “Türkiyədə müalicə olunan 3 azərbaycanlı qazinin səhhətində ciddi problem yoxdur”
Fahrettin Koca: “Türkiyədə müalicə olunan 3 azərbaycanlı qazinin səhhətində ciddi problem yoxdur”

“Türkiyədə hazırda 3 azərbaycanlı qazi müalicə olunur, səhhətlərində ciddi bir problem yoxdur”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca koronavirusla (COVID-19) mübarizə ilə bağlı nazirliyin nəzdində fəaliyyət göstərən Elm Qurumunun növbəti müzakirəsindən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, səhiyyə sahəsində Azərbaycanla Türkiyə arasında bağlanan əməkdaşlıq sazişinə uyğun olaraq, daha 4 xəstə müalicə olunmaqdadır: “Biz Azərbacanlı qardaşlarımızı Türkiyə vətəndaşlarımızdan əsla ayırmırıq. Öz vətəndaşımıza hansı qayğı və xidmət göstərilirsə, Azərbaycanlı qardaşlarımıza da eynidir. Üzərimizə düşən vəzifə hər nə isə bu məsələyə çox həssaslıqla yanaşırıq”.

Fahrettin Koca əlavə edib ki, həm pandemiya, həm də Dağlıq Qarabağ savaşı dövründə Türkiyə Azərbaycana tibbi dəstəyini də əsirgəməyib.

Son xəbərlər
Bütün xəbərlər »