Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Bu məsələni bağlamaq lazımdır"
Qurban Qurbanov

"Qələbə bizim üçün çox vacib idi. Amma komandadakı istək məni daha çox sevindirir. Bəzi epizodlarda tələsirdik. Bu istəyi qoruyub saxlamaq lazımdır. Çalışmalıyıq ki, bütün komponentlərə diqqət yetirək".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Səbail"i 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, son vaxtlar rəqib komandalarda aqressiya hiss edilir: "Aftandil Hacıyevə uğurlar arzulayıram. Çox kompakt və istəkli komandası var. Öz futbolçularım bu gün çox əziyyət çəkdi. İnanıram ki, bu istək davam edəcək".

Qurbanov 4 oyunluq cəzalandırılan Kevin Medina ilə bağlı suala bu cür cavab verib: "Bu məsələni bağlamaq lazımdır. Klubun daxili nizam-intizam kodeksi var. Futbolda gözlənilməz vərəqələr olur. Həmişə futbolçunun vərəqni hansı səbəbdən aldığına önəm vermişəm. Medina klub tərəfindən cəzalandırılıb, amma detalları açıqlamırıq. Özü də çox fikir edir. Gözlənilmədən qırmızı vərəqə alıb. Bəzən qalib gəlmək istəyi belə hallara gətirib çıxarır. Bir daha bu məsələyə qayıtmasaq, daha yaxşı olar".

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »