Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Çexiya parlament dostluq qrupları arasında görüş keçirilib
Elnur Allahverdiyev

Fevralın 25-də Milli Məclisin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev və Çexiya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Zdenek Ondraçek arasında onlayn formatda görüş keçirilib.

Elnur Allahverdiyev qonağı salamlayaraq bildirib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan Çexiya ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır.

2013-cü ilin fevral ayında Çexiya Parlamentinin Deputatlar Palatasının Beynəlxalq əlaqələr komitəsinin Xocalıda Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımla bağlı qətnamə qəbul etdiyi və bu cinayət hadisəsini pislədiyi razılıqla qeyd edilib. Elnur Allahverdiyev bu məsələdə Azərbaycanın mövqeyini dəstəklədiyinə görə Çexiya parlamentinə təşəkkürünü ifadə edib. Diqqətə çatdırıb ki, Çexiya Avropa İttifaqının üzvləri arasında Xocalıda azərbaycanlılara qarşı həyata keçirilən bu qətliama ədalətli qiymət verən ilk dövlətdir. Azərbaycan xalqı və dövləti bunu yüksək dəyərləndirir.

Azərbaycan və Çexiya parlament dostluq qrupları arasında görüş keçirilib

Diqqətə çatdırılıb ki, sabah – fevralın 26-da Xocalı hadisələrinin növbəti ildönümüdür və bütün Azərbaycan xalqı bu acı tarixi ümummilli faciə kimi yad edəcək. Eyni zamanda, ölkəmizin Çexiyadakı səfirliyi tərəfindən bununla bağlı tədbir keçiriləcək və bu soyqırım haqqında həqiqətlər geniş ictimaiyyətin diqqətinə çatdırılacaq.

Bildirilib ki, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan erməni təcavüzünə artıq son qoyulub. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu düşmənə layiqli zərbələr vuraraq torpaqlarımızı işğaldan azad edib, dövlətimizin ərazi bütövlüyü bərpa olunub. Bu gün həmin ərazilərdə artıq yenidənqurma və bərpa işləri uğurla həyata keçirilir.

Deputat onu da diqqətə çatdırıb ki, ötən il noyabrın 9-da Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyi arasında bəyanat imzalanıb. Azərbaycan tərəfi bu bəyanatdan irəli gələn bütün öhdəliklərə əməl edir. Lakin Ermənistan yenə də Azərbaycan ərazisində terror aktları həyata keçirməyə cəhdlər edib. Lakin bu cəhdlərin qarşısı müvəffəqiyyətlə alınıb.

Görüşdə iştirak edən Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım Xocalı soyqırımının tarixi barədə ətraflı məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin mülki əhalisinə qarşı soyqırımı həyata keçiriblər. Hərbi təcavüz nəticəsində qadınlar, uşaqlar və yaşlı insanlar da daxil olmaqla 613 dinc sakin xüsusi amansızlıqla qətlə yetirilib.

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü olduğunu deyən Fatma Yıldırım qeyd edib ki, biz Qarabağın dirçəldilməsi istiqamətində məqsədyönlü fəaliyyətimizdə dost ölkələrin yaxından iştirak etməsini də arzu edirik.

Çexiya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Zdenek Ondraçek Azərbaycana iki dəfə səfər etdiyini, parlamentdə bir sıra görüşlər keçirdiyini söyləyib. O, Azərbaycan xalqı ilə yaxından tanış olduğunu və buradakı qonaqpərvərliyi təqdir etdiyini deyib.

Çexiyalı deputat ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib. Xocalı barədə ətraflı məlumata görə təşəkkür edən çexiyalı deputat Çexiyanın da Liditsa kəndində, ölkənin bir sıra digər şəhərlərində soyqırımların baş verdiyini bildirib, bu qanlı tarixlərin daim xalqlarımızın yaddaşında qalacağını deyib. O, Qarabağda aparılan yenidənqurma və bərpa prosesini yüksək qiymətləndirib, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Söhbət zamanı parlamentlərarası münasibətlərin gələcək inkişaf perspektivləri, dostluq qrupları çərçivəsində əlaqələrin genişləndirilməsi, habelə iqtisadi sahədə əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb. (

Bizimyol.info

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »