Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş arvadını benzin töküb yandıran şəxsə 14 il həbs cəzası verildi
Keçmiş arvadını benzin töküb yandıran şəxsə 14 il həbs cəzası verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Simon Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, S.Abbasov 14 il müddətə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, hadisə ötən il aprel ayında Gəncə şəhərində baş verib. Simon Abbasov boşandığı arvadı, 34 yaşlı K. Abbasovanın yaşadığı ata evinə gələrək onun üzərinə benzin tökərək yandırıb. Yaxınları onun paltarını söndürüb və qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

İttihama görə, arvadının onun anasına zəng edərək nalayiq ifadə işlətməsindən əsəbiləşən S.Abbasov ondan qisas almaq istəyib.

Hadisə zamanı S.Abbasovun özü də yanıq xəsarətləri alıb.

Son xəbərlər
Bütün xəbərlər »