Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskva Dövlət Universitetinin dosenti: “Erməni vəhşiliyini görmək istəyən Ağdama gəlsin”
İtaliya parlamentinin nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub

“Erməni vəhşiliyini görmək istəyən Ağdama gəlsin”.

APA-nın məlumatına görə, bunu Ağdam şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin dosenti, Rusiya Dövlət Humanitar Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev deyib.

O qeyd edib ki, belə bir mənzərə ilə qarşılaşacaqlarını gözləmirdilər: “Biz Moskva şəhərindən gəlmişik. Bura gəlməkdə məqsədimiz video reportaj hazırlamaqdır. Açığı, deyiləndə ki, burada bir belə dağıntılar var, insanlar bəlkə də inanmırdılar. Axı nəyə görə 21-ci əsrdə torpaqlar zəbt olunsun, böyük şəhərlər dağıdılsın? Səfərdə iştirak edənlərin hamısı bunları gözləri ilə gördükdən sonra dəhşətə gəldilər. İnsanların bura gəlmələri, bu vəhşilikləri öz gözləri ilə görmələri, gördüklərini mətbuatda yaymaqları, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün çox vacibdir”.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »