Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Paşinyanın tərəfdarları meydana çıxdı, ordu və müxalifət məğlub oldu”
“Paşinyanın tərəfdarları meydana çıxdı, ordu və müxalifət məğlub oldu”

“Ermənistan Baş naziri Nikol Paşinyan "İsgəndər" raketi ilə bağlı dedikləri Kremli ciddi şəkildə hərəkətə gətirdi. Rusiyanın silah sənayesinə zərbə vuran bu açıqlama Kreml üçün bağışlanmaz bir bəyanat idi. Ona görə də Rusiya Ermənistanda düyməni basdı”.

Bunu Bizimyol.info-ya açıqlamasında Cənubi Qafqaz Araşdırma Mərkəzinin sədri, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Məhəmməd Əsədulzadə Məhəmməd Əsədulzadə

Politoloq qeyd edib ki, Baş Qərargah rəisinin Baş naziri istefaya çağırması hərbi çevriliş cəhdidir və proseslərin bu istiqamətdə olacağı gözlənilən idi: “Baş qərargah rəisi Onik Qasparyan Serj Sarkisyana yaxın adamdı və birbaşa Kremllə əlaqələrə malikdir. Ermənistanda hərbi çevrilişdən "Qarabağ klanı"nın istifadə etməsi gündəlikdə idi. Əgər ordu hərəkətə keçsə, Paşinyan istefaya getməyəcək. Xalqı ordu ilə üzbəüz qoyacaq. Ermənistan vətəndaşları hazırkı mərhələdə hərbi çevrilişin əleyhinədir və Paşinyan öz tərəfdarlarını meydana kütləvi çıxardı, ordu və müxalifət məğlub oldu. Paşinyan hakimiyyətini gücləndirəcək. ABŞ da Paşinyana dəstək verir. Ordu Baş naziri devirə bilməyəcək”.

Politoloq hesab edir ki N.Paşinyanın hakimiyyətdə qalması Azərbaycanın da maraqlarına cavab verir: “Azərbaycan hadisələri diqqətlə izləməli, müxalifət hakimiyyətə gələrsə, 10 noyabr və 11 yanvar razılaşmalarının həyata keçirilməsini Ermənistan tərəfi əməl etməsə Qarabağda silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirməlidir. Amma, müxalifət düşünürəm ki, vəziyyəti murəkkəbləşdirməyəcək. Bu, Ermənistan üçün fəlakət olar”.

Son xəbərlər
Bütün xəbərlər »