Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan ordusunun Baş Qərargahı növbəti bəyanat yayıb
Onik Qasparyan

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı növbəti bəyanatla çıxış edib.

APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, Baş Qərargahın rəhbər heyətinin fevralın 25-də səhər yaydığı bəyanat kiminsə yönləndirilməsi ilə verilməyib və kiminsə təzyiqi altında yayılmayıb.

“Bu, yeganə məqsədi böhranlı anda Vətənin xilası işinə xidmət etmək olan general və zabitlərin inamıdır. Biz bu aydın mövqeyimizi bir daha təsdiqləyirik”, - deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »