Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan xalqı meydana çağırdı: Rusiya Paşinyanı cəzalandırır, yoxsa hakimiyyət dəyişir? - Ekspertlərdən şərh
Ermənilərin  etiraz aksiyası - Moskva

Bu gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Ermənistanın Baş naziri Nikol Paşinyanın istefa verməsini tələb edən bəyanatla çıxış edib.

N.Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatının hərbi çevrilişə cəhd olduğunu bildirib.

O, bu barədə “Facebook” səhifəsində yazıb.

“Bütün tərəfdarlarımızı elə indi Respublika meydanına çağırıram. Yaxın vaxtlarda birbaşa efirdə müraciətlə çıxış edəcəyəm”, - deyə Paşinyan yazıb.

Ədalət Verdiyev Ədalət Verdiyev

Hərbi ekspert Ədalət Verdiyev Bizimyol.info-ya bildirib ki, Ermənistan Silahlı Qüvvələri Rusiyanın ciddi təsirləri altındadır: “Paşinyanın rəsmi Moskvanın dünyaya hədə-qorxu silahı kimi təqdim etdiyi “İsgəndər” operativ-taktiki raketlərinin partlamaması barədə açıqlama verməsi və həmin raketin köhnə olduğunu iddia etməsi təbii ki, Rusiyanın həm hərbi, həm də siyasi dairələrində ciddi narazılıqla qarşılandı. Əslində Paşinyanın iddia etdiyi kimi raketlər 10 faiz partlaya və ya partlamaya bilməz. Raket ya partlayar, ya da partlamaz.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın, ardınca isə Baş Qərargah rəisi Onik Qasparyanın təxris olunmasına səbəb məhz bu açıqlamalar oldu. Paşinyan “İsgəndər”lə bağlı açıqlamasını Xaçatryan gülümsəyərək şərh etdi. Nəticədə o bir neçə saat sonra vəzifəsindən azad edildi. Ardınca Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi Paşinyanın istefasını tələb etdi. Nəticədə Onik Qasparyan da vəzifəsindən azad edildi, lakin Ermənistan Prezidenti hələ bunu təsdiqləməyib. Göründüyü kimi Ermənistan Silahlı Qüvvələri Rusiyanın ciddi təsiri altındadır”.

Hərbi ekspert bildirib ki, Paşinyanın “İsgəndər”lə bağlı verdiyi açıqlama rəsmi Moskvanın maraqlarına birbaşa ziddir: “Çünki Rusiyanın ixrac potensialı olan barmaqla sayılacaq müasir sistemlərə aid silahları mövcuddur. Onların da biri “İsgəndər” raketləridir.

Bu silahların Ermənistan tərəfindən istifadə edilməsinin qənaətbəşx olmaması, yəni partlamaması, hədəflərdən kifayət qədər yayınması ilə bağlı səslənən fikirlər Rusiya silahlarının dünya bazarında zəifləyən mövqeyini ciddi şəkildə sarsıdacaq.

Paşinyan hazırda verdiyi bəyanatın doğruluğunu isbat etmək məcburiyyətində qalıb.

“İsgəndər” raketlərindən Azərbaycana qarşı istifadə olunduğunu mən müharibənin ilk günlərindən ehtimal etmişdim. Hətta bu silahın istifadəsində Rusiya zabitlərindən ibarət heyətdən istifadə olunduğu da mümkündür.

Vurğulayım ki Ermənistan Rusiya silahı barədə yaradılan yüksək texnoloji imkanlar barədə mifləri bilərəkdən ən qısa müddətdə dağıtmağa çalışır.

Əvvəllər İrəvanın bu çür şıltaqlığına dözən Kreml isə artıq çıxılmaz vəziyyətə düşüb. Buna görə də hər iki ölkənin münasibətində gərginlik ən pik həddə çatıb.

Mövcud vəziyyətdə Ermənistanda hərbi çevriliş real görünmür. Rusiyanın Paşinyanla başqa danışıq üslubunu tapmadığını da müşahidə edirik”.

Hərbi ekspert Ə.Verdiyev bildirib ki, hərbi hakimiyyət dəyişsə belə Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı 10 noyabr bəyanatı qüvvədə qalacaq: “Ölkələrarası imzalanmış sənədlər heç bir halda hakimiyyət dəyişikliyi nəticəsində qüvvədən düşə bilməz”.

Anar Əliyev Anar Əliyev

Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev Bizimyol.info-ya bildirib ki, Rusiyada siyasi elita ilə hərbi elita arasında narazılıqları və fikir ayrılıqlarını Paşinyanın “İsgəndər”lə bağlı açıqlaması daha da qızışdırdı: “10 noyabr bəyanatına Azərbaycan və Ermənistan münaqişə edən tərəflər kimi imza atmaqla yanaşı Rusiya bu prosesdə öz aparıcı rolunu göstərmək üçün bəyanata imza atdı. Bu razılaşmada Rusiya zəmanət rolunda iştirak edir.

10 noyabr bəyanatından sonra Ermənistanda baş verən proseslər göstərdi ki Rusiya bəyanatın bəndlərinin icra olunmasında maraqlıdır. Əks halda Rusiya Paşinyana əks olan qüvvələrin və revanşistlərin Ermənistanda hakimiyyətə gəlmək istəklərinə dəstək verərdi. Rusiyanın nümayiş etdirdiyi münasibət göstərdi ki o Paşinyan və komandasının ən azı bir müddət hakimiyyətdə qalmasına və 10 noyabr bəyanatından irəli gələn tələblərin yerinə yetirilməsinə tərəfdardır.

Paşinyanın “İsgəndər” raket kompeksindən istifadə edilməsi və onun partlamaması ilə bağlı iddialar irəli sürməsi Rusiyanın maraqlarına təbii ki zidd idi. Xüsusən, Rusiyada siyasi elita ilə hərbi elita arasında narazılıqları və fikir ayrılıqlarını Paşinyanın bu açıqlaması daha da qızışdırdı.

Baş verən hadisələr bunu birmənalı olaraq göstərir ki Ermənistanın Baş Qərargah rəisinin müavinin gülərək Paşinyanın “İsgəndər”lə bağlı açıqlamasını şərh etməsi və rəis müavinin işdən çıxarılması bəhanə xarakteri daşıyır. Bu o deməkdir ki Rusiya Ermənistanda hansısa formada Paşinyanı iddialarına görə, xüsusən beynəlxalq aləmdə Rusiyanın hərbi-sənaye kompleksinin nüfuzuna zərbə vura biləcək çox tutarlı faktları səsləndirdiyinə görə, cəzalandırmaq istəyir. Paşinyanın cəzalandırılması hansı mərhələyə kimi olacağı maraqlıdır. Biz diqqətlə hadisələri izləyirik”.

Politoloq qeyd edib ki, Ermənistan Baş Qərargahının Paşinyanı istefaya çağırması həbri çevrilişə cəhddir: “Çünki hərb siyasətə qarışmamalıdır. Qarışırsa, hərbçilər öz səlahiyyətlərini aşdıqlarını və hərbi çevriliş cəhdində olduqlarını nümayiş etdirirlər. Amma ordunun bu çağırışına xalqın necə reaksiya verəcəyi, xüsusilə Ermənistanda rus tərəfdarlarına meyilli şəxslərin bu proseslərdə nə dərəcədə iştirak edəcəyini bu an üçün proqnozlaşdırmaq çox çətindir.

Əgər Rusiyanın siyasi elitası Ermənistanda çevriliş etmək istəyəcəksə, bu yaxın gələcəkdə hakimiyyətin dəyişəcəyinə gətirib çıxaracaq. Əgər bu, yalnız Paşinyana növbəti cəza tədbiridirsə, Paşinyanın xalqı meydanlara çağırması ilə xalq onu müdafiə edəcək”.

Politoloq A.Əliyev qeyd edib ki, Ermənistanda istənilən siyasi çevriliş Azərbaycan baxımından məqbul hesab edilə bilməz: “Yaxşı olar ki Paşinyan bir neçə il üçün hakimiyyətini qoruyub saxlasın. Əgər hakimiyyət dəyişikliyi olacaqsa, revanşistlərin səsləndirdiyi fikirlər bəyanat səviyyəsindən o tərəfə keçə bilməyəcək. 10 noyabr və 11 yanvar bəyanatları beynəlxalq sənəddir və onun qüvvədən salmaq Ermənistan rəhbərliyinin əlində olan gücün səviyyəsində deyil. Rusiya bu proseslərin zəmanəti rolunda çıxış edir”.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Türk dövlətlərinin ortaq dili nə olmalıdır...
Son xəbərlər
Bütün xəbərlər »