Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
“İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...

Ermənistan Ordusu Baş nazir Nikol Paşinyan və hökumətin istefasını tələb edib.

"Reuters"-in məlumatına görə, N.Paşnyan ordunun tələbini hərbi çevriliş adlandırıb və tərəfdarlarını küçəyə çıxmağa çağırıb. N.Paşinyan onun istefasını tələb edən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanı vəzifəsindən azad edib. Bütün bunlar Paşinyanın dünən Rusiyanın acığına gedən ifadələr səsləndiriməsi ilə əlaqədar ola bilərmi?

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən yerli mətbuata verdiyi müsahibəsində İkinci Qarabağ müharibəsində “İskəndər” raket sistemindən istifadə olunduğunu rəsmi olaraq etiraf edib, eyni zamanda bu silahların effektiv olmadığından danışaraq, onun sadəcə 10%-nin işlədiyini bildirib. Baş nazirin bu açıqlaması həm müxalifətə, həm də Rusiya silah sənayesinə ünvanlanıb. O, hər ikisinin səmərəsiz olduğunu diqqətə çatdırıb. Sadəcə, Qarabağ müharibəsi deyil, ondan əvvəl Türkiyənin Suriya və Liviyada həyata keçirdiyi əməliyyatlarda zərbə dronlarının Rusiya havadan müdafiə sisteminə endirdiyi zərbələr bu texnikaları gözdən salıb.

Nikol Paşinyan və Corc Soros Nikol Paşinyan və Corc Soros

Nikol Paşinyanın son çıxışı sə Rusiyada bomba effekti yaradıb. Paşinyanın bir kəlmə “İsgəndər partlamadı” sözü Rusiyaya atılmış nüvə başlığı kimi təsirli olub. Tərəflər bir-birini ittiham edir. Pasinyani bəyənməsək də, bütün basqı və əleyhinə işləyən vəziyyətlərə baxmayaraq, öz dediyində dayanır . Paşinyanın bu açıqlaması həm də, onu göstərir ki, Ermənistan savaş meydanındakı məğlubiyyətin səbəblərini araşdırır, dərs çıxarmağa çalışır. Dolayısı ilə gələcəyini düşünür.

Ermənistan düşməndir, amma indi "sülhməramlı" dediyimiz məkrli plan sahibləri daha artıəq düşmənə çevrilib. Düşmənlərimiz boğuşursa, bu yaxşıdır, onların arasında neytral mövqe tutmaq yaxşıdır, nəinki tərəflərdən birinin mövqeyini dəstəkləmək. Bu, rus olsa belə...

Bu gün Qasparyan bildirib ki, “Rusiya bölgədə daha qanlı müharibə törətmək istəyirmiş. Hər gün yeni faktlar ortaya cıxır. Moskvaya zəng etdim, "İskəndər" raketi ilə Bakını və neft kəmərlərini vurmağa icazə istədim. Moskva icazə verdi, Paşinyan risk etmədi”.

Bu iki ölkə arasında konfliktin qızışması hərbi sirlərin açılması baxımından bizə faydalıdır. Bir neçə gün öncə Nikol Paşinyanın sui-qəsdə məruz qalması və hətta yaralanması bardə yayılan, sonra təkzib edilən xəbərlər yəqin ki, təsadüfi deyildi. Bəlkə də qulaq çəkmək kimi bir addım sayıla bilər. Bu gün baş verənləri Kremlin hansı səbəbdənsə tələsməsi və Ermənistanda artıq hadisələri sürətləndirməsi kimi də qiymətləndirmək olar. Bu hərbi çevriliş cəhdi Moskvanın istəyi olmadan mümkün deyil. Əgər hərbi çevriliş cəhdinə qarşı Paşinyan tərəfdarları ilə dirəniş göstərsə, Moskvadan uzaqlaşacaq, yox yerinə yeni lider gələrsə onu xalqa sevdirmək üçün Moskva Qarabağ kartından yenidən istifadə edəcək.

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü baş verən son hadisələrlə bağlı Bizimyol.info-ya verdiyi şərhdə bildirib ki, yaxın saatlarda Ermənistanda vətəndaş qarşıdurması baş verə bilər:

“Ermənistanda durum yenidən gərginləşib. Erməni ordusunun baş qərargah rəisi Onik Qasparyan başda olmaqla 40-a qədər yüksəkrütbəli hərbiçinin baş nazir Nikol Paşinyana istefa tələb etməsi ölkədəki siyasi hərarəti ən yüksək həddə çatdırıb. Bəyanatda Baş qərargah rəisinin birinci müavininin dövlət maraqları nəzərə alınmadan vəzifəsindən azad edilməsinə qəti etiraz bildirilib.

Belə ki, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryan vəzifəsindən azad olunub. Məlumata görə, generalın işdən çıxarılmasına səbəb baş nazir Nikol Paşinyanın “İsgəndər” raketlərinin partlamaması barədə fikirlərini ələ salması olub. Baş Qərargahın bu bəyanatının qarşılığında baş nazir Paşinyan sosial şəbəkədə canlı yayımda çıxış edərək Qasparyanı istefaya göndərdiyini deyib. O, xalqı hakimiyyəti müdafiə etməyə, mitinqə çağırıb. Bütün hallarda hakimiyyət, baş nazir istefa vermək niyyətində olmadığını göstərir. Heç hərbiçilər də geri çəkilmirlər. Vəziyyət o dərəcədə qəlizdir ki, Müdafiə Nazirliyi hadisəyə şərh verməkdən imtina edərək gözləmə mövqeyi tutub. Bütün bunlar Ermənistanda vətəndaş qarşıdurmasını, vətəndaş müharibəsini qaçılmaz edir.

Artıq ermənilər Paşinyanın çağrışı ilə küçələrə axışmaqdadırlar. Qarşıdurma, gərginlik, qan tökülməsi kimi durum Ermənistan üçün adi haldır. Ermənilər hakimiyyəti zorla devirməyə, bu alınmayanda qan tökməyə adət ediblər. Generalların bəyanatının Rusiyada hazırlandığı ehtimalı yüksəkdir. Siyasi müxalifətlə Paşinyanı devirə bilməyən Rusiya artıq bu yola əl atıb. Baş nazirin “İsgəndər” raketləri ilə bağlı dediyi Rusiyada böyük əks-səda doğurub. Rusiya ictimai-siyasi elitası Paşinyana qarşı köklənərək nəinki onu tənqid edir, hətta təhqirdən də çəkinmkirlər. Bu açıqlamaların ardınca Ermənistanın yüksəkrütbəli hərbiçilərinin imzaladığı bəyanat prosesin Rusiya tərəfindən planlaşdırldığını, aparıldığını sübut edir. Müharibə bitən zaman Qasparyan baş naziri, onun müharibə ilə bağlı siyasətini müdafiə etmişdi. Ehtimal ki, o zaman Rusiya belə istəmişdi. Amma bu gün generallar artıq hakimiyyətə əl qoymağa, onu devirməyə çalışırlar.

Rusiya Ermənistanı daha da çox qarışdırmaqda, Paşinyanı zorla istefaya göndərməkdə, onun yerinə tamamilə rusiyapərəst bir siyasətçi gətirməkdə həm qətiyyətli görünür, həm də tələsir. Rusiya və Qərb maraqları Ermənistanda kəskin şəkildə qarşı-qarşıya gəldi. Əgər Nikol Paşinyan lazımi sayda adamı meydana çıxarda bilsə, onlar hərbiçilərə imkan verməsələr, xaricdən ciddi dəstək əldə olunsa, hərbiçilərin niyyəti gerçəkləşməyəcək. Bu halda Ermənistanda anti-Rusiya ovqatı bir az da güclənəcək. Hərbiçilər, daha dəqiq desək, Rusiya qarşıya qoyduğu hədəfə çata bilsə, öz maraqlarına təhlükə gördüyü Paşinyan kimi siyasətçidən tamamilə xilas olmağa çalışacaq. Durum çox qəlizdir. Azərbaycanın hər bir vəziyyətə siyasi, diplomatik, xüsusən də hərbi baxımından hazır olması lazımdır. Ermənistan tərəfdən, Xankəndidəki separatçılar vasitəsilə, Rusiya tərəfdən hansısa təxribatlar törədilə, dünyaya başqa cür təqdim edilə və gərginlik artırıla bilər. Belə durumda ölkəmizin əleyhinə, xeyrinə olmayan hansısa hadisələrin baş verməməsi üçün ayıq-sayıq olmaq lazımdır. Əgər Ermənistan çox çalxalanarsa, orada vəziyyət uzun zaman nəzarətdən çıxarsa, Azərbaycan Qarabağda öz xeyrinə bir sıra addımlar da ata, nəzarət imkanlarını daha da gücləndirə bilər”,- deyə siyasi şərhçi qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »