Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır

Ermənistanda siyasi vəziyyət yenidən gərginləşib. Fevralın 25-də səhər tezdən Baş nazir Nikol Paşinyanın istefası tələbilə İrəvanda itaətsizlik aksiyaları keçirilir, aksiya iştirakçıları küçələri bağlayırlar. Aksiyanın təşkilatçısı “Vətənin Xilası Hərəkat”ının üzvləridir. Onlar adətən itaətsizlik aksiyalarının vaxtını və yerini öncədən elan etmirlər.

Bizimyol.info xəbər verir ki, Ermənistan silahlı qüvvələri də Nikol Paşinyanın və hökumətinin istefasını tələb edir. Paşinyan isə baş verənləri “hərbi çevrilişə cəhd” kimi qiymətləndirib. O, cavab olaraq, tərəfdarlarını paytaxt İrəvana çağırıb.

“Baş Qərargahın bəyanatını hərbi çevriliş cəhdi hesab edirəm. Tərəfdarlarımın hamısını elə indi Respublika Meydanına çağırıram. Tezliklə ictimaiyyət qarşısına canlı yayına çıxacağam”, - deyə Paşinyan Facebook səhifəsində yazıb.

Ermənistan Silahlı Qüvvələrinin yüksək vəzifəli şəxslərinin imzasıyla yayılan birgə bəyanatda vurğulanıb ki, Paşinyanın Baş Qərargah rəisinin birinci müavinini heç bir əsas olmadan vəzifədən uzaqlaşdırılmasına etiraz olaraq, onun istefasını tələb edirlər:

“Bu addım şəxsi ambisiyaların təsiri altında, Ermənistanın milli və dövlət maraqlarını nəzərə almadan atılıb. Ölkə üçün indiki çətin vəziyyətdə belə bir qərar dövlətə qarşı, məsuliyyətsiz addımdır. Uzun müddətdir ki, hökumətin silahlı qüvvələrdə diskriminasiyaya yönəlik hücumlarına dözürük. Amma hər şeyin həddi var.

Hazırkı hökumətin qeyri-effektiv idarəçiliyi və xarici siyasətdə ciddi səhvləri ölkəni dağılmaq həddinə gətirib çıxarıb. Ermənistanın Baş naziri, hökumət daha erməni xalqı üçün belə kritik məqamda adekvat qərarlar qəbul edə bilməyəcək”,– bəyanatda deyilir.

Bəyanatı Baş Qərargahın rəisi Onik Viktori Kasparyan, onun birinci müavini Tiran Vazgeni Xaçatryan, müavinləri Stepan Robert Qalstyan, Karen Andranik Abraamyan və digərləri imzalayıb.

Bu bəyanatdan dərhal sonra Nikol Paşinyan Baş Qərargah rəisi Kasparyanın vəzifədən uzaqlaşdırılması barədə sərəncam imzalayıb.

Son xəbərlər
Bütün xəbərlər »