Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda İŞİD-lə əlaqədə ittiham olunan rəssamın məhkəməsi keçirilib - Fotolar
Bakıda İŞİD-lə əlaqədə ittiham olunan rəssamın məhkəməsi keçirilib - Fotolar

Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə dustaq ülgüclə özünə xəsarət yetirib. Onlar haqsız həbs olunduqlarını, məhkəmənin də obyektiv araşdırma aparmadığını bildirərək, qollarını və boğazlarını kəsməklə etiraz ediblər. Bildiriblər ki, özləri həbsdə, ailə üzvləri də azadlıqda zülm çəkir, belə yaşamaq istəmirlər.

Bizimyol.info xəbər verir ki, həmin dustaqlar İŞİD-ə maliyyə yardımı, dini ekstremizm məzmunlu materiallar hazırlama kimi əməllərdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər və onların yaxınları isə bu ittihamların əsassız olduğunu, ortaya mötəbər sübutlar qoyulmadığını bildirirlər.

Bu cinayət işi üzrə təqsirləndirilən şəxslərin sayı 11 nəfərdir. Onlardan biri də 1980-ci il təvəllüdlü Babək Məmmədlidir. O, Rəssamlıq Akademiyasının məzunudur, uzun müddət Türkiyənin paytaxtı Ankarada da rəssam kimi fəaliyyət göstərib.

Yaşadıqları Tovuz rayonunda tanınmış həkimlərdən olan anası Esmira Məmmədova bildirib ki, Türkiyədə Xocalı faciəsinin ildönümü münasibətilə oğlunun rəsm əsərlərinin nümayişilə sərgi keçirilib. Oradan toplanan vəsait ehtiyaclı ailələrə paylanıb. Anası vurğulayıb ki, Babək Türkiyənin tanınmış siyasətçiləri Dövlət Baxçalı Möhsün Yazıçıoğlu və başqa şəxsiyyətlərin portretlərini çəkib: “Mənim oğlum türkçüdür, millətçidir, həm də müsəlmandır, İslam dininə sitayiş edir. Namaz qılır, oruc tutur. Buna görə adama “terrorçu” damğası vurmaq doğru deyil axı. Mənim oğlum 2000-ci illərdə Türkiyədən Azərbaycana qayıtdı, evləndi. Üç övladı var. Atası ilə birlikdə fermer təsərrüfatıyla məşğul olur. Onun özünün qazancı heç öz ailəsini saxlamağa yetmir, ata-anasının pensiya-maaşıyla birtəhər dolanır. İŞİD-ə pul göndərmək ittihamı absurddur”.

Esmira Məmmədova dövlət başçısına müraciət edərək, bu işin obyektiv araşdırılması üçün göstəriş verməsini istəyib. O vurğulayıb ki, həyat yoldaşı da uzun illər xüsusi xidmət orqanlarında çalışıb, hazırda təqaüddədir. Həmçinin Qarabağ müharibəsi veteranıdır.

Babək Məmmədli Heydər Əliyevin prezidentliyi dövründə onun ailə üzvlərilə birlikdə rəsmini, Əbülfəz Elçibəyin portretini və başqa maraqlı rəsm əsərləri çəkib. Esmira Məmmədova bildirib ki, oğlu həbsdə olduğu müddətdə - Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında vitse-prezident Mehriban Əliyevanın portretini çəkib.

Bizimyol.info həmin rəsm əsərlərini təqdim edir:

Rəssam Babək Məmmədlinin çəkdiyi rəsm

Rəssam Babək Məmmədlinin çəkdiyi rəsm

Rəssam Babək Məmmədlinin çəkdiyi rəsm

Rəssam Babək Məmmədlinin çəkdiyi rəsm

Son xəbərlər
Bütün xəbərlər »