Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
2021-02-25_11093Yer kürəsi5

Nostradamus təxəllüsü ilə məşhur olan Mişel de Notrdamın öngörmələri 500 ilə yaxındır diqqət mərkəzindədir.

Zamanla onun yazdıqları müzakirəyə çıxarılır. Onun gələcəyi görmə qabiliyyətinin yüksək olduğunu, dəqiq proqnozlar verdiyini iddia edənlər çoxdur. Deyilənə görə, Nostradamus Çernobıl faciəsini, Adolf Hitlerin dünya boyunca fəlakətə səbəb olacağını, bir sıra böyük hadisələri 16-cı əsrin ortalarında proqnozlaşdırıbmış.

Nostradamus Nostradamus

Bizimyol.info xəbər verir ki, Fransada yaşamış yəhudi əsilli münəccim ilin bir gününü xüsusi fərqləndiribmiş. Nostradamus insanlıq üçün böyük fəlakətin mayın 10-da baş verəcəyini bildirmişdi. Amma kahin dəqiq il göstərməyib. Buna görə də fəlakət ehtimalı hər il müzakirə predmeti olur. Bunun hansı ildə baş verəcəyi və fəlakətlərin xarakteri müəmmalı sayılır. Ümumiyyətlə, Nostradamus eyhamlarla proqnoz edib və bunları başa düşmək heç də həmişə asan olmur. Amma bu sahənin tədqiqatçısı hesab edir ki, münəccimin hansı fəlakətləri nəzərdə tutduğu aydındır.

Nostradamus ümumilikdə 942 öngörmə qələmə alıb. Bunlar 3793-cü ilə qədər zamanı əhatə edir. “The Sun” qəzetinə danışan Nostradamusun proqnozları üzrə ekspert Bobbi Şeyler heç də hər şeyin qeyri-müəyyən olmadığını deyib: “İngiltərəni su basacağını və böyük bir savaşın başlayacağını yazıb. Hollivud olduğunu düşündüyümüz yerdə zəlzələ olacaq, bu, günlərlə davam edəcək”.

Şeyler ABŞ-ı çox fəlakətlər gözlədiyini xüsusi vurğulayır. Onun sözlərinə görə, okeanın o tərəfində xeyli vulkan püskürəcək. Bunlardan biri də Yelloustoun parkında baş verəcək.

Ekspert bizi daha böyük faciələrin gözlədiyini deyib. Şeyler günəşdə də partlayışlar gözlənildiyini bildirib. Bunun isə Yerdəki elektron sistemləri sıradan çıxaracağı ehtimal edilir.

Şeyler hökumətləri növbəti dünya savaşına hazır olmağa çağırıb. Nostradamus bunun əvvəlki iki böyük savaşdan daha böyük itkilərə və dağıntılara səbəb olacağını bildirib. Əfsanəvi münəccim toqquşmaların 25-29 il sürəcəyini deyib.

Nostradamus 1503-cü ildə Sen Remi vilayətində doğulub. O, təkcə münəccim yox, təbib və riyaziyyatçı kimi də tanınıb. Mişel de Notrdam Monpelye Universitetinin məzunu olub. Nostradamus çoxlu səyahət edib, hətta illərlə səfil həyatı sürüb. Sen Remidə onun heykəli ucaldılıb.

Paylaş »
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Videosu yayılan qazini dövlət nəzarətə götürdü - Video
››› AZAL-ın “möcüzə”si: İslandiyadan Türkiyəyə Azərbaycandan daha ucuz gedib-gəlmək olur
Son xəbərlər
Bütün xəbərlər »