Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çinə casusluq edən Rusiya vətəndaşına hökm oxunub
Çinə casusluq edən Rusiya vətəndaşına hökm oxunub

Rusiyanın Zabaykal diyar Məhkəməsi Çinin xüsusi xidmət orqanlarına məxfi məlumatlar ötürməkdə təqsirləndirilən Vladimir Vasilyevi 8 il müddətinə azadlıqdan məhrum edib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, dövlət sirri sayılan məlumatları toplayaraq xarici kəşfiyyat orqanlarına ötürüb.

Rusiya vətəndaşı olan V.Vasilyev Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə mühakimə olunub.

Məlumata görə, hökm artıq qüvvəyə minib.

Qeyd edək ki, 52 yaşlı V.Vasilyev 2019-cu ildə saxlanılıb. Bir müddət sonra bir sıra istintaq hərəkəti üçün Moskvaya etap olunub. O, törətdiyi əməli etiraf edib.

Son xəbərlər
Bütün xəbərlər »