Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fevral ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib
Fevral ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayı üzrə bütün növ müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

Bunu  Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

Onun sözlərinə görə, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Fevral ayı üzrə 550 min nəfərə yaxın vətəndaşa müavinət, təqaüd və kompensasiya ödənilib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »