Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Dövlət Departamenti: İrana qarşı səbrimiz sonsuz deyil
ABŞ Dövlət Departamenti: İrana qarşı səbrimiz sonsuz deyil

ABŞ-ın İranın nüvə proqramı ilə bağlı danışıqlarda səbrinin həddi var, lakin Vaşinqton məsələnin diplomatik həllinə ümid bəsləyir.

Virtualaz.org bildirir ki, bu barədə jurnalistlərə Dövlət Departamenti Mətbuat xidmətinin rəhbəri Ned Prays açıqlama verib.

"Bizim səbrimiz sonsuz deyil, lakin biz hesab edirik ki,.. İranın heç zaman nüvə silahı əldə etməyəcəyinə əmin olmaq üçün ən səmərəli üsul diplomatiyadır. İndi biz məhz bununla məşğuluq",-deyə Prays bildirib.

Dövlət Departamenti Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, Tehranla mümkün razılaşmaların bütün konkret detallarını yalnız ABŞ və İranın iştirakı ilə aparılan danışıqlarda müzakirə etmək lazımdır.

Son xəbərlər
Bütün xəbərlər »