Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş həkim: "Bu günə qədər peyvəndin əks-təsiri olmayıb"
Vaksin - peyvənd

"Lənkəranda tibb işçilərinin təxminən 90 faizinə COVID-19 virusuna qarşı vaksin vurulub".

Bunu “Report”a Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev deyib.

Onun sözlərinə görə, bugünə qədər Lənkəranda 3 000 nəfərə COVID-19 əleyhinə peyvənd vurulub: "Vaksinasiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Bu prosesə ilk qoşulan səhiyyə işçiləri olub. COVID-19 infeksiyasına qarşı vaksinləşmə çox mühüm sosial əhəmiyyət daşıyır. Bu səbəbdən də bizim xəstəxana tərəfindən tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi, əhalinin rahat və təhlükəsiz şəraitdə peyvənd olunması üçün bütün şərait yaradılıb.

A.Kəlbiyev əlavə edib ki, ilk olaraq səhiyyə işçiləri arasında peyvəndləmə işlərinə başlanılıb: "Demək olar ki, 90 faizə yaxın səhiyyə işçisinə peyvənd vurulub. Bundan sonra hemodializ xəstələrinin çoxunda peyvəndləmə aparılıb. Sonra isə göstəriş əsasında 65 və yuxarı yaş həddində olan şəxslər arasında da peyvəndləmə icra olunub. Ümumilikdə bu günə qədər 3 000-dən yuxarı vətəndaşlar arasında peyvəndləmə işi aparılıb. Onların arasında peyvəndin heç bir əks-təsirinə rast gəlməmişik. Çox aktiv şəkildə vətəndaşlar cəlb olunur, özləri könüllü olaraq peyvəndə gəlirlər".

Baş həkim deyir ki, artıq 50 və daha yuxarı yaşda olan vətəndaşların da müraciətləri əsasında vaksinlərin vurulması aparılır. Bu kateqoriyadan olan 200-ə yaxın vətəndaşa COVID -19 virusu əleyhinə vaksin vurulub: "Bundan başqa, vaksinləşmə prosesinin səmərəli həyata keçirilməsi üçün əhali kateqoriyalarının daha diqqətlə öyrənilməsi və rayon ərazisində yaşayan tənha şəxslərin müəyyənləşdirilərək bu kompaniyaya cəlb edilməsi də diqqətdə saxlanılır. Xəstəxanaya gələ bilməyən şəxslərə də peyvəndlərin vurulması üçün səyyar qruplar yardılıb. Lakin bununla əlaqədar hələlik müraciət daxil olmayıb. Qeyd edək ki, mərhələli şəkildə həyat keçirilən vaksinləşmə prosesində vətəndaşların iştirakını tənzimləmək üçün randevu.Its.gov.az internet saytı vasitəsilə onlayn növbə alınmalıdır. Bundan sonra onlar elektron qaydada vətəndaşa bildiriş göndərilir".

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
Son xəbərlər
Bütün xəbərlər »