Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pensiya yaşının artırılmasına etiraz: “Hökumət pensiya yükünü və sosial öhdəliklərini azaldılır”
Qoca - Pensioner

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2021-ci il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi yenidən artırılacaq.

Təqaüdçülərə az yeyib çox yaşamağı təklif edən deputatların qərarı ilə “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş pensiya yaş həddi hər il altı ay qaldırılacaq və kişilər üçün 2021-ci ildə, qadınlar üçün 2027-ci ildə 65 yaşa çatacaq.

Pensiya yaşının artması ilə yanaşı insanların ömrünü qısaldan yoxsulluq səviyyəsi artır. Kommunal qiymətlər artır, ərzaq bahalaşır.

Ölkədə səhiyyə sistemi işləmir, klinikalarda qiymətlər artıb, bir çox həyati əhəmiyyətli preparatların apteklərdən yoxa çıxıb.

Beləliklə, ölkədə ömrün uzanması üçün real zəmin müşahidə olunmur.

İqtisadçı-ekspert Xalid Kərimli Bizimyol.info-ya bildirib ki, pensiya yaşının artırılması anti-humanist qərardır.

Xalid Kərimli Xalid Kərimli

“Pensiya yaşının artırılması qərarı 2017-ci ildən tətbiq edilir. Hər il kişilərin və qadınların pensiya yaşı 6 ay artırılır. 2027-ci ildə kişilərlə qadınların pensiya yaşı eyniləşəcək.

Dünya praktikası ilə müqayisə etsək Azərbaycanda pensiya yaşı Avropanın pensiya yaşına uyğunlaşdırılır. Avropada da pensiya yaşı 65 yaş həndəvərindədir.

2020-ci ildə verilən rəsmi məlumata görə, Azərbaycanda anadan olan insanın gözlənilən orta ömür uzunluğu 75 yaşdır. Avropada isə bu göstərici 80 yaşdan yuxarıdır”,-deyə Xalid Kərimli bildirib.

İqtisadçı qeyd edib ki, Azərbaycanda pensiya yaşı Avropa ilə uyğunlaşdırılır, amma insanımızın həyat keyfiyyətinin səviyyəsi imkan vermir ki avropalı kimi 80 il yaşasın: “Avropalılar təxminən bizdən 10 il çox yaşayırlar. Odur ki hökumətin apardığı sosial siyasət humanist deyil. Pensiya yaşının hər il artırılması dövlətin pensiya yükünün və sosial öhdəliklərinin azaldılmasına xidmət edir”.

İqtisadçı-ekspert Toğrul Vəliyev bizimyol.info-ya dediyinə görə, xeyli faktlar var ki insanlar pensiya yaşına çatıb, pensiya ala bilmir: “Pensiya yaşının artırılmasını zəruri edən səbəblər yoxdur. Bu, hökumətin siyasətidir. Hökumət pensiya yaşını Avropaya uyğunlaşdırır. Avropada pensiya yaşı 65-68 yaş arasında dəyişir.

Amma burada bir fərq var. Azərbaycanda səhiyyə inkişaf etməyib ki pensiya yaşı artırılsın. 25 il staj tələbi məsələsi də pensiya almağı əngəlləyir. Xeyli faktlar var ki insanlar pensiya yaşına çatıb, pensiya ala bilmir. Onlara sosial müavinət verirlər”.

Ekspert qeyd edib ki, hökuməti insanların sosial vəziyyəti deyil, dövlətin vəsaiti düşündürür: “Təəssüflər olsun hökumətin sosial siyasətinin əsas məğzi ondan ibarətdir ki dövlət vəsaitlərinə qənaət edək. Hökuməti insanların sosial vəziyyəti deyil, dövlətin vəsaiti düşündürür. Dövlət müəyyən qədər vəsaitlərə qənaət edir. Təklif edirəm ki pensiya yaşı azaldılsın”.

Pensiya yaşının artırılmasına sosial şəbəkələrdə vətəndaşlar etiraz edirlər.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uzunömürlülüyün sirrini tapıb, ya da qurumun binası köhnəlib yenisini tikmək istəyir?! Qaziyə vermir, əlilliyi olana vermir, xəstəyə vermir, təqaüd yaşı çatana vermir, amma hər il də pensiya yaşını 6 ay artırır...”-deyə sosial şəbəkı istifadəçisi Aytən Qurbanova bildirib.

Paylaş »
››› Müharibə bitib, diplomatik savaş ən qaynar fazaya keçib
››› “Yaşın çoxdur deyib işə almırlar, yaşın azdır deyib pensiya vermirlər”
››› “Tıq-tıq” nağıllarını Tiktok rüsvayçılığı əvəz edəndən sonra..
››› Qərb mətbuatı: “Türk dronları Azərbaycana qələbə gətirdi”
››› Laçındakı Həkəri körpüsü erməni şirkəti tərəfindən təmir edilir…
››› Mal əvəzinə naz satan qızlar: “Almasanız, müdir məni qovacaq”
››› Ərzaq qiymətlərinin yüksəlməsi Rusiyada böyük narazılıq dalğası yaradıb
Son xəbərlər
Bütün xəbərlər »