Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elman Rüstəmov qaydanı pozur - Seçkiyə ehtiyac duymururq
Elman Rüstəmov qaydanı pozur - Seçkiyə ehtiyac duymururq

Daha bir federasiya daxili nizamnaməni kobud şəkildə pozub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Elman Rüstəmovun rəhbəri olduğu Azərbaycan Şahmat Federasiyasında 2012-ci ildən sonra heç bir hesabat-seçki konfransı keçirilməyib.

Federasiya nizamnaməsinə əsasən 4 ildən bir hesabat-seçki konfransı keçirilməli, prezident və vitse-prezidentlər səsvermə yolu ilə yenidən seçilməli olduğu halda qurum 8 ildir ki, buna əhəmiyyət vermir.

Federasiyanın vitse-prezidenti Faiq Həsənov 8 ildən çoxdur seçkinin keçirilmədiyini təsdiqləyib:

"Bizdə baş katib vəzifəsi də yoxdur. 2012-ci ildən hesabat-seçki konfransının keçirilməməsi doğrudur. Çünki seçkiyə ehtiyac duymururq. Hazırda bizim federasiyada prezident və 3 vitse-prezident var".

Son xəbərlər
Bütün xəbərlər »