Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəzər İbrahim: "Bürokratik əngəllərə qarşı fəaliyyət planı müəyyən edilib"
Xəzər İbrahim

“Azərbaycan və Türkiyə arasında ticarəti daha da asanlaşdırmaq lazımdır. İş adamlarının “araya çox bürokratiya girmədən” bizneslə məşğul olması çox vacibdir".

“Report” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim “Anadolu” Agentliyinə müsahibəsində bildirib.

"Bunun üçün Türkiyə ilə müxtəlif müqavilələr imzalanıb, Birgə İqtisadi Komissiyanın son iclasında bu mövzuda fəaliyyət planı müəyyən edilib və Preferesial Ticarət Sazişi ilə də bəzi məhsullarda gömrük vergiləri sıfırlanıb” - deyə səfir vurğulayıb.

Bundan başqa, X.İbrahim deyib ki, Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu investisiyalar özünə edilmiş yatırımlar kimi qiymətləndirilməlidir: "Çünki, biz bir-birimizi fərqli görmürük.İnvestisiyalarımız gücümüzə güc qatmaq üçün lazımdır. Prezidentlərimiz bütün görüşlərində bizlərə inkişaf etmiş iqtisadi və ticari əlaqələri daha da inkişaf etdirmək istiqamətində tapşırıqlar verib. Bu sahədə iki ölkə arasında son 30 il ərzində çoxlu anlaşma imzalanıb. Hazırda illik ticarət dövriyyəmizin dəyəri 4 milyard ABŞ dollarından çoxdur və artmaqda davam edir".

Bundan başqa, onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında quru yollarla yük daşımaları sürətlə artır: "2018-ci illə müqayisədə 2 dəfə artım var. Xüsusilə dəmir yolu ilə daşımalar sürətlə inkişaf edir. Ticarətimizi daha da asanlaşdırmaq üçün Bakı-Tiblisi-Qars dəmir yolu xəttini inşa etdik. Artıq hər ay 40-50 vaqondan ibarət 2 qatarla Türkiyədən Çinə qədər daşımalar həyata keçirilir.

Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi ilə açılacaq Naxçıvan dəhlizi hesabına ticarət əhəmiyyətli dərəcədə artacaq. Bu dəhliz Türkiyəni Azərbaycan və Orta Asiyadakı Türk dünyası ilə birləşdirəcək. O həm də iki böyük regional güc - Türkiyə və Rusiya üçün qısa bağlantıdır, onların arasında da ticarət əlaqələrinin yüksək səviyyələrə qalxmasına imkan verəcək. Ümumililikdə isə Cənubi Qafqaz regionunun 3 dövləti və 3 qonşu dövlət arasında regional əməkdaşlıq olsa bundan hamı qazanacaq. Biz ümid edirik ki, bütün dövlətlər buna müsbət yanaşar".

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› “Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »