Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xocalı soyqırımı hər zaman bizim qəlbimizdə bir ağrıdır - Deputat
Qənirə Paşayeva

Fevralın 24-də Azərbaycan və Pakistan parlament dostluq qruplarının Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videogörüşü keçirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Bildirilir ki, videogörüşdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva Pakistan Senatının və Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun üzvlərini və iştirakçıları salamlayaraq bildirib ki, Xocalı soyqırımı hər zaman bizim qəlbimizdə bir ağrıdır. Çünki erməni silahlı qüvvələri uşaq, qadın, yaşlı demədən bizim soydaşlarımızı qətlə yetirib, ağır işgəcələrə məruz qoyublar. Xocalı şəhəri yer üzündən silinib. Onlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetiriliblər. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaalın kitabında bu insanların məhz azərbaycanlı olduğuna görə qətlə yetirdiklərini etiraf edib.

Qənirə Paşayeva diqqətə çatdırıb ki, bizim əsas məqsədimiz bu soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsidir. Bu soyqırımı azərbaycanlılara qarşı törədilməklə insanlıq əleyhunə bir cinayətdir. Dünyanın bu soyqırımını tanıması, həqiqətləri bilməsi üçün qardaş və dost ölkələrə ehtiyacımız var. Bu baxımdan Pakistana təşəkkür edirik ki, bu qardaş ölkə həmişə Azərbaycanın yanında olub. Biz bu mənəvi və siyasi dəstəyin davamlı olacağına inanırıq.

Qənirə Paşayeva Cənab Prezident, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə zamanı işğaldan azad olunmuş torpaqlarımızda ermənilərin törətdiyi vandalizmi öz gözləri ilə görmələri üçün pakistanlı deputatları ölkəmizə səfərə dəvət edib.

Çıxış edən Pakistan Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun üzvləri xanım Şaza Xavaca, Farrux Xan bildiriblər ki, ermənilərin Azərbaycana qarşı törətdiyi Xocalı soyqırımı ilə bağlı Pakistan bir sıra bəyanatlarla çıxış edib. Milli Assambleyanın üzvləri Xocalı soyqırımı zamanı qətlə yetirilimiş azərbaycanlılara Allahdan rəhmət diləyiblər, bu ağır cinayəti törədənlərin cəzalarına çatacağına əminliklərini bildiriblər. Pakistanlı deputatlar beynəlxalq təşkilatlarda Pakistana verilən dəstəyə görə Azərbaycana təşəkkür ediblər.

Görüşdə çıxış edən Milli Məclisin deputatları Ceyhun Məmmədov, Cavanşir Paşazadə, Mahir Abbaszadə, Sadiq Qurbanov, Ülviyyə Həmzəyeva bildiriblər ki, Azərbaycan bir tolerantlıq nümunəsidir. Ermənistan isə işğal etdiyi Azərbaycan torpaqlarında məscidləri, tarixi abidələri məhv edib. Deputatlar vurğulayıblar ki, Xocalı soyqırımı heç vaxt unudulmayacaq, Azərbaycan xalqının qan yaddaşında əbədi qalacaqdır.

Görüşdə çıxış edən Senatda Pakistan-Azərbaycan dostluq qrupunun rəhbəri Talha Mahmud, senatorlar Şahzad Vasim, Ayeşa Raza Faruq və Nuzhat Sadiq bildiriblər ki, Xocalı soyqırımı tarixin qara ləkəsidir. Erməni silahlı qüvvələrinin günahsız mülki vətəndaşları öldürməsi bəşəriyyətə qarşı törədilmiş cinayətdir, soyqırımdır. Bir sıra ölkələr, o cümlədən Pakistan bunu soyqırım kimi qəbul edib. Senatorlar bildiriblər ki, Pakistan həmişə qardaş Azərbaycanın yanında olub və bundan sonra da olacaqdır. Pakistanlı parlament nümayəndələri Azərbaycana sülh, əminamanlıq və tərəqqi arzulayıblar.

Onlayn tədbirə yekun vuran Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu görüşə göstərilən diqqətə görə hər iki tərəfin deputatlarına təşəkkür edib.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »