Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a bildirilib ki, faciənin 29-cu ildönümü ərəfəsində xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzvləri Xocalı soyqrımı haqqında həmkarlarına geniş məlumat verir, onları bu soyqrıma ədalətli münasibət bildirməyə çağırırlar.
"Son günlərdə bu məqsədlə İordaniya, İsrail, Meksika, Peru, Əfqanıstan, Estoniya, İndoneziya, Bosniya-Hersoqovina və digər ölkələrin parlamentlərarası dostluq qrupları ilə keçirilən onlayn görüşlərdə Xocalı soyqırımı ilə bağlı məsələ ön plana çəkilib. Məqsəd bu soyqırımı haqqında həqiqətlərin daha çox ölkələrin ictimaiyyətinə çatdırılması və milli parlamentlər tərəfindən faciəyə ədalətli hüquqi-siyasi münasibətin bildirilməsidir. İnanırıq ki, faciəni törədən, dinc insanları qətilə yetirən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verəcəklər", - parlamentdən bildirilib.