Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
İqbal Ağazadə

Bizimyol.info Ümid Partiyasının sədri İqbal Ağazadə ilə müsahibəni təqdim edir.

- İqbal bəy, müharibədən sonrakı dönəmdə Azərbaycanın Qarabağla bağlı atdığı addımları necə qiymətləndirisiniz?

-  44 günlük çox uğurlu müharibədən sonra diplomatik masada xeyli zəif düşmüşük. Danışıqlar vektoru düzgün qoyulmayıb. Azərbaycan Ermənistanla 10 noyabr sazişindən sonra masaya ilk növbədə bu sənədi çıxarmalıydı - Ermənistanla Azərbaycanın bir-birlərinin  dövlət sərhədlərini qarşılıqlı tanıma sənədi. Bu sənədin ortaya qoyulmasının bizim üçün  çox böyük avantajları ola bilərdi. Bu sənəd masa üzərinə qoyulsa, Azərbaycan dünyaya fərqli pəncərədən açılardı. Əvvəla, Cənubi Qafqazda sülhün əmin-amanlığın dialoqun başalnğıcı bu sənədlə qoyulardı. Ermənistan bu sənədə imza atmamaqla özünü  pis vəziyyətə salardı, BMT çərçivəsində bütün dünya tərəfindən qəbul edilmiş dövlət sərhədlərini tanıma aktına qarşı çıxmış olardı. Müharibədə Azərbaycanın üstünlükləri və dünya qarşısında özəlliyi nədən ibarət oldu? Azərbaycan ermənilər tərəfindən işğal olunmuş əraziləri boşaltdı. Hadrut istisna olmaqla azad olunan heç bir rayonda ermənilər kompakt yaşamayıb. Faktiki olaraq münaqişə başlayandan Azərbaycan ordusu ermənilər yaşayan ərazilərə girmədi. Bizim işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşmış ermənilər var idi, onlar geri göndərildilər.

- Belə çıxır ki,  Xankəndiyə, Xocalıya girməyəcəyimiz əvvəldən bilinirdi?

- İndi hər şey demək rahatdı. Çox variantlar demək olar. Amma məsələnin mahiyyəti nəticədir. BMT tərəfindən tanınmış ərazilərimizə girilmədi, girmədik, yalnız azərbaycanlıların yaşadığı rayonlarımızı geri aldıq. Məsələnin qəbul etdirilməsinin prinsiplərini müəyəynləşdirməliydik və dünya  dövlətlərinə sübut etməliydik ki, biz Cənubi Qafqazda kommunikasiyaların, diplomatik missiyaların fəaliyyətə başlamasının tərəfdarıyıq, lakin bir şərtlə k, siz bizim ərazi bütövlüyümüzü tanımalısız, Ermənistan  tanımaldır. Ermənistan tanımayacağı təqdirdə Azərbaycan özünə yeni diplomatik cəbhə xətti aça bilərdi. Barış üçün Ermənistan  hazır deyil,  intiqam hissiylə yaşayır və güclənən kimi yenidən müharibəyə başlayacaq. Belə olan təqdirdə kommunikasiyaların açılması tərəfdarı deyilik. Həmçinin, Azərbaycan ruslarla birlikdə pasport rejiminin  yoxlanılmasını tələb etməliydi. Çünki xeyli faktlar vardı, Qarabağda Suriyadan, Liviyadan gəlmiş ermənilər yaşayırdılar. Biz bilmirik Rusiyanın ora gətirdiyi adamlar Azərbaycan vətəndaşı olan ermənilərdir, yoxsa kimlər. Bunu etməmişik. Ən başlıcası, bu prosesləri koordinasiya etmək  üçün prezident köməkçilərindən biri səlahiyyətli nümayəndə  təyin edilməlidir. Rayonlar üzrə yox, bir səlahiyyətli nümayəndə. O, bütün danışıqlar prosesində, yerli əhali ilə görüşlərdə iştirak etməlidir. Diplomatik masada buraxılan yanlışlar sabah bizi böyük problemlərlə üz- üzə qoya bilər. İndiki gedişat bizi 1988-ci ildəki vəziyyətə çatdırıb. Eyni prosses daha şiddətlə başlayıb  və Rusiya yenidən eyni şəkildə modul xəstəxanalar tikməklə, evləri bərpa etməklə, humanitar yardımlarla tarixi təkrarlayır. Qarabağ münaqişəsi başlayanda da SSRİ eyni addımları atdı. Bu  növbəti müharibənin qaçılmaz olması təəssüratını yaradır. Bütün faktlar buna işarə edir.

- Sizcə, nə zamana yeni müharibə başlaya bilər? Qəribədir ki, əhali arasında da belə fikirlər yayılıb ki, baharda növbəti  qarşıdurmalar ola bilər.

- Bunu proqnozlaşdırmaq çətindir. Nə qədər ki, Rusiyanın maraqları var,  Rusiya prosesin müharibə həddinə çatmasını istəməyəcək. SSRİ  dağılana qədər də geniş müharibənin başlamasını istəmirdi. Lakin SSRİ dağıldı, Rusiya postsovet məkanından əli çıxmağa başladıqca, müharibə ocaqları  yaratdı. Bizdə də 1992-ci ilin əvvəlindən işğallar, qətllər başladı. Daha sonra lokal müharibələr böyük müharibə həddinə çıxdı. Rusiya nə zaman çıxacağını düşünsə, konflikti o zaman alovlandıracaq. İndilik isə iki xalqı düşmən, biri-birinə nifrət edən halda saxlamaqla özündən asılı etməyə çalışır.

- Rusiya Qarabağı bu dəfə ermənilərə hədiyyə etmək istəməyib özünə götürə bilər?

- Rusiya bilir ki, Qarabağı özünə götürmək nəzəri və praktik baxımdan mümkün deyil. Rusiya regionda qalmaq istəyir. Postsovet ölkələrindən çıxmaq istəmir. Ermənistandan, Gürcüstandan, Moldovadan, Belorusdan, Ukraynadan, Azərbaycandan çıxmaq istəmir. Üç Baltik ölkəsi xaric, o, heç bir  postsovet ölkəsindən çıxmayıb. Baxmayaraq ki, 1993-cü il 25 mayda rus qoşunları rəsmi şəkildə Bakıdan çıxarılıb, amma gedib oturub işğal edilmiş Qarabağda və Gümrüdə. Hansı postsovet ölkəsi demokratiya istəyirsə, Rusiya onu cəzalandırır.

- "Demokratiya gətirirəm" deyən Qərb də qan, müharibə gətirir axı.

- Demokratiyanı Qərb yox, xalq özü gətirir. Sadəcə, Qərbdən model  gətirilir. Qərbdə bunun yaxşı modeli var. Çörçil deyirdi ki, demokratiya yaxşı idarətemə forması deyil, amma bundan yaxşısını da  insanlar hələ tapa bilməyiblər.

- Siz də bu fikirdəsiniz?

- Demokratiyadan yaxşısı elə demokratiyadır. Uzunömürlü hakimiyyətlər Şərqdə var. Amma hamısının sonu qanla bitib. Hətta təbiət  belə  ildə 4 dəfə dəyişir, insan dəyişdikcə inkişaf edir. Hakimiyyət nədən dəyişməsin?! Dəyişmədən inkişaf ola bilməz.

- Tam səmimi deyin, Siz hakimiyyətə gəlsəniz, vaxtınız bitəndə getmək arzusuna düşəcəksiniz?

- Bəli. Mən hakimiyyətə gələndə birinci elan edəcəm ki, nə özüm, nə övladlarım bizneslə məşğul ola bilməz. Şəffaflıq olmalıdır. Kimsə gedirsə, bu, fəlakət deyil. Sanki gözümüz qorxub. Çünki bizdə  son 30 ildəki hakimiyyət çevrilişləri yalnız Qarabağ fəlakəti ilə əlaqədar oldu deyə insanların gözündə qorxu qalıb. Üstəlik, mənim indi 51 yaşım var. Deyək ki, 53 yaşımda hakimiyyətə gəldim. 5 il sonra niyə gedib dincəlməyim ki. Müəyyən yaşdan sonra hamının buna ehtiyacı və haqqı var. Və bir də Konstitusiyaya dəyişilməsi qadağan olunan maddə  əlavə edəcəm ki, hər kəs hakimiyyətdə bir dəfə müddətlə qalsın. Uzun illər demokratiya təcrübəsi olan Qərb bunu doğru bilməsə, belə qaydalar qoymazdı. Hamı 8-10 il sonra getməldir. II Dünya Müharibəsindən sonra əhali nə qədər minnətdar olsa belə, Çörçili seçmədi. Fransanın həyatında o qədər mühüm rol oynamış Şarl de Qolu xalqı yenidən seçmədi. Almaniyanı birləşdirmiş Helmut Kolu 1997-ci ildə korrupsiya fakti ilə göndərdilər. Müəyyən qələbələr liderlər üçün həmişə qalxan ola bilməz. İlham Əliyev bu xalq üçün 200 ildə  mümkünsüz olanı edib. Torpaq alıb. Qəhrəmandır. Tarixə adını yazıb. Bir də demokratik, azad seçkilər sistemini yarada bilsə, bundan gözəl nə ola bilər?! Elə belə zirvədə buraxıb əfsanə kimi  qalsa, daha yaxşı olar.

- Adətən, həmişə demokratik seçkiləri Qərb Şərqə öyrədirdi, lakin ABŞ-ın son seçikilərində sanki Şərqin Qərbə təsirini gördük. Saxtalaşdırmadan şikayət  edildi...

- İlk dəfə müxalifət yox, hakimiyyətdə olan qüvvə səslərin saxtalaşdırıldığını iddia etdi. Bunun özü əsl demokratiya idi. Biz niyə bunu demokratiya kimi həzm edə bilmirik? Cəmiyyət və demokratiya müxalifəti hakimiyyətə gətirdi.

- Əksinə  "baxın, biz demokratik ölkəyik” şousu deyildi? Tramp hakimiyyətə gələndə də eyni qalmaqal yaşanmışdı.

- Yox, ABŞ-ın belə bir oyuna ehtiyacı yox idi. Orada onsuz da diktatura rejimi yoxdur. Hansı ölkədə görmüsüz iqtidar qışqıra ki, “ay aman, saxtakarlıq var”?!

- Qayıdaq ölkəmizə. Son aylar işdən çıxarılan məmurların xalqdan oğurladıqları milyonlar açıqlandıqca insanları belə bir sual düşündürür: Balaca bir ölkənin nə qədər sərvəti varmış. Əgər  ideal bir cəmiyyət kimi yaşasaydıq, əcəba orta aylıq əmək haqqı bizdə nə qədər olardı?

- Təkcə neftdən daxil olan vəsaitin miqdarı 160-200 milyard dollar arasındadır. Bizim insan potensialımızla qazandığımız  vəsait arasında fərq böyükdür. Qazanc çoxdur, insan az. Çox  yüksək səviyyədə yaşaya bilərdik. Postsovet məkanında ilk pillədə dayana bilərdik, bəzi Şərqi Avropa ölkələrindən daha yüksək səviyyədə yaşaya bilərdik. Bunu rəqəmlə ifadə etmək çətindir, amma minimum istehlak səbətindən 3 dəfə çox əmək haqqı olardı.

- Bir də maraqlı bir məsələ var. Azərbaycan tərəfi Azərbaycan vətəndaşı olan ermənilərin pensiya və müavinətlərini ödəyəcəkmi? Bizə qarşı vuruşmuş  veteran Qarabağlı ermənilərin sosial müavinətini bizmi verməliyik?

- Bu barədə hələ heç bir məlumat yoxdur, bəlli bir qərar verilməyib.

- Dediniz ki, gələcəyə dair müəyyən təhlükələr var. Amma bu dəfə  Türkiyənin yanımızda olması amili şərtləri dəyişmirmi?

- Türkiyənin bu prosesdə uğur qazanmasını şərtləndirən bizim xarici siyasətimiz olacaq. Biz Avropadan, demokratik dünyadan qaçsaq,  Rusiyaya sığınsaq, Türkiyənin regiona girişi çətinləşəcək.

İlhamə Rəsulova

Paylaş »
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› AZAL-ın “möcüzə”si: İslandiyadan Türkiyəyə Azərbaycandan daha ucuz gedib-gəlmək olur
››› Videosu yayılan qazini dövlət nəzarətə götürdü - Video
Son xəbərlər
Bütün xəbərlər »