Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fevralın 25-nə olan hava proqnozu
Qar yağır

Fevralın 25-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 9, səhər 4 dərəcəyədək şaxta olacaq, gündüz 0 dərəcəyə yaxınlaşacaq.

Atmosfer təzyiqi normadan yüksək 779 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edecək. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Fevralın 25-də Azərbaycanın rayonlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 25-də Abşeron yarımadasında soyuq temperatur diskomfortu gözlənilməsinə baxmayaraq meteoroloji amillərin zəif tərəddüdü və havanın oksigenlə zəngin olması meteohəssas insanlar üçün müsbət amildir.

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »