Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
General Movses Akopyan: "Erməni ordusu pis hazırlaşmışdı və pis döyüşürdü"
Movses Akopyan

İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətinin səbəbi pis təşkilatlanma və idarəetmənin aşağı səviyyədə olması idi.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi, general Movses Akopyan deyib.

"Biz pis hazırlaşmışdıq və pis döyüşürdük. Hava hücumundan müdafiəmiz də zəif idi", - erməni general bildirib.

Onun sözlərinə görə, müharibənin ilk günlərindən Azərbaycanın hədəfi Şuşa olub.

"Düşmənin Şuşaya necə gəlməsini və onu necə almasını aydınlaşdırmaq lazımdır", - deyən erməni general vurğulayıb ki, indi əsas vəzifə ordunu yenidən təşkil edib, 5-ci nəsil müharibəsinə hazırlaşmaqdır.

Qeyd edək ki, ötən gün Ermənistan hökumətinin başçısı Nikol Paşinyan sensasion açıqlama ilə çıxış edib. Baş nazirin sözlərinə görə, ikinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri Rusiyadan aldığı "İsgəndər"əməliyyat-taktiki kompleksini tətbiq edib. Amma... "Raket partlamadı", - deyə N. Paşinyan təəssüflə qeyd edib.

Paylaş »
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Azərbaycanda qadın bacısını bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »