Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Putinə ilk zərbəni hazırlayır
Co Bayden və Vladimir Putin

ABŞ-da Demokratlar Partiyasının nümayəndəsinin hakimiyyətə gəlməsi Rusiya ilə münasibətlərə yeni rəng gətirir. Prezident seçilən Co Bayden həmkarı Vladimir Putinin şıltaqlığına dözümlü yanaşmayacağını ilk gündən büruzə verib. Müxalifətçi Aleksey Navalnıya qarşı qəsd cəhdi və onun tutulması ABŞ-ın yeni dövlət başçısına dediyini həyata keçirmək fürsəti yaradıb.

Bizimyol.info xəbər verir ki, Ağ Ev Kremlə ilk zərbəni hazırlayır. Siyasi analizlərə daha çox yer verən “Politico” yazısında ABŞ-ın Rusiyanı Navalnının başına gələnlərə görə cəzalandırmaq niyyətində olduğunu qeyd edib.

“ABŞ-ın müxalifət liderinə qarşı edilənlərə cavabı gözlənilir. Yaxın həftələrdə avropalı müttəfiqlərlə mümkün sanksiyalar müzakirə olunacaq. Administrasiyanın yüksəkçinli məmurundan aldığımız məlumata görə, ABŞ Rusiyanın addımları qarşısında hərəkətsiz dayanmayacaq”.

“Politico” yazır ki, Vaşinqton sanksiyaları yubatmamalıdır. Rusiya üzrə bir çox ekspertlər cəza mexanizminin işə düşməsinin zamanı çatdığını düşünür. ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə keçmiş köməkçisi Deniel Fred “Politico”ya bunları deyib: “Düşünmürəm ki, Putinə Navalnını cəzaçəkmə müəssisəsinə göndərməyə mane ola biləcəyik. Amma tez hərəkət edə bilsək, Putin anlayacaq ki, ABŞ konkret addımlar atmağa hazırdır”.

“Politico” Kremlin məsuliyyəti öz üzərindən atdığını qeyd edir. ABŞ media orqanı yazır ki, Rusiya hakimiyyəti israrla müxalifət liderini zəhərləmədiyini təkrarlayır.

“Bayden diqqəti təkcə son hadisələrə yönəltmir. ABŞ-ın yeni prezidenti əvvəlki administrasiya dövründə baş verənləri də nəzərə alır. Nə qədər kədərli olsa da, Tramp Putini cəzalandırmaq istəmirdi. Sanksiyalar paketi yanvarın əvvəlində hazır olsa da, prezidentlik müddətinin sonuna qədər istifadə olunmadı”.

“Politico” Baydenin daha qətiyyətli olduğunu vurğulayır. Düzdür, hələ konkret addımlar atılmayıb. Amma Baydenin prezidentliyinin 100-cü gününə qədər bir çox vacib hadisələrin baş verəcəyini bildirməsini də unutmaq olmaz.

Rusiyada etirazlar, Novosibirsk, 22 yanvar, 2021 Rusiyada etirazlar

Co Bayden ABŞ-ın 46-cı prezidentidir. Amerikalı siyasətçi seçkidə Kremlə yumşaq münasibətilə fərqlənən Donald Trampı məğlub etmişdi. Bayden Barak Obamanın prezidentliyi dövründə vitse-prezident vəzifəsini tutmuşdu.

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »