Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
COVID-19: Yoluxma və ölüm halları yenidən artır
COVID-19: Yoluxma və ölüm halları yenidən artır

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 112 milyon 651 min 101 nəfərə çatıb.

“Worldometers” saytı xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 496 min 716 nəfərdir. İndiyədək 88 milyon 236 min 981 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatına əsasən, son sutka ərzində 280 853 nəfər koronavirusa yoluxub, 6884 pasiyent dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 28 897 718 nəfər virusa yoluxub, 514 996 pasiyent dünyasını dəyişib.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »