Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
Kəlbəcər rayonunun Daşbulaq kəndi

Məcburi köçkünlərin işğaldan azad olunmuş torpaqlara qayıtması məsələsi müxtəlif platformalarda geniş müzakirə mövzusudur. Bəziləri bu məsələnin könüllülük prinsipi əsasında həyata keçirilməsinin, bəziləri isə birmənalı şəkildə köçkünlərin geri qaytarılmasının tərəfdarıdırlar. Hətta məsələ qarşılıqlı ittihamlar həddinə qədər gəlib çıxır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlər arasında hərtərəfli, genişmiqyasılı sorğu keçirəcək. Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdiri, professor Akif Musayev Bizimyol.info-ya bildirib ki, tam dolğun məlumat əldə etmək üçün 3 dəfə sorğu keçiriləcək. Sorğuların nəticələri elmi aspektdən araşdırılacaq,

“Öz yurdlarına qayıdacaq əhalinin doğma yurdlarında dayanıqlılığının, məşğulluğunun təmini, ənənəvi məşğulluq sahələrinin bərpası istiqamətində işlər aparılmalıdır. Daimi məskunlaşma və iş yerlərinin təmin edilməsi üçün sahibklarlar arasında da sorğunun aparılması nəzərdə tutulur. Hansı sahibkarlar qayıdacaq, onlar neçə nəfərlik iş yerləri yaratmaq istəyirlər, neçə müddətlik fəaliyyəti nəzərdə tuturlar, bunun üçün nə qədər investisiya ayıracaqlar və dövlətdən onların hansı güzəşt və imtiyazlara ehtiyacı var? Məlum məsələdir ki, 600 mindən çox insandan müsahibə almaq mümkün olmayacaq. Buna görə də müəyyən sorğu alqoritmlərindən istifadə olunaraq, cəmiyyətin qanunauyğunluqlarını özündə saxlayan kiçik qruplar seçiləcək.Təxminən 1100 ailə arasında sorğu aparılacaq və əsasən ailədə söz sahibi olan şəxslər sorğuları cavablandıracaq.Dövlət burdan alacağı informasiya nəticəsində gələcəkdə görəcəyi yenidənqurma və bərpa işlərinin həcmini müəyyən edəcək. Dövlət düzgün proqnozlaşdırmalar üçün sorğunu vacib bilir. Qayıdış prosesinin başlanması üçün ilk növbədə təhlükəsizlik məsələləri həll olunmalı, minalardan təmizlənmə, dövlət idarəetmə strukturları yaradılmalı, daha sonra infrastruktur qurulmalı, kütlləvi istifadə resursları təmin olunmalı, iqtisadiyyat bərpa olunmalı sonra əhali köçürülməlidir.

“Ümid” Partiyasının sədri İqbal Ağazadə isə Bizimyol.info-ya verdiyi açıqlamada geri qayıdış üçün nəzərdə tutulan sorğuların keçirilməsini düzgün hesab etmədiyini bildirdi.

İqbal Ağazadə Ümid Partiyasının sədri İqbal Ağazadə

"Çox nahaq yerə camaat arasında sorğu keçirilir. Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz? Camaatın ata-baba yurdunu qaytarın verin özünə. O insanlara öz evinin daşı torpağı əzizdir. Bu gün Lənkəranın, Qazaxın, Astaranın və istənilən rayonun, istənilən kəndinin adamları var ki, onlar illərdir iş üçün evlərindən çıxıb harasa gediblər. Kim onların getməsinə nə deyə bilər ki? Evini tərk edib Rusiyaya gedən də var, Bakıya gedən də. Onlardan soruşan varmı? Məcburi köçkün dövlətin hərəkətindən və ya hərkətsizliyindən 28 il əziyyət çəkib. Bu gün burda dövlət tərəfindən onlar üçün tikilən evlərini təhfil versinlər, öz ata yurdlarında da evlə təmin olunsunlar. Sonra bu evi, o torpağı satacaq, satmayacaq, içində yaşayacaq ya yox, gəlib burda fəhlə işləyəcək ya yox buna heç kim qarışa bilməz. Çünki, onlar Azərbaycan vətəndaşıdırlar və buna görə də cəzalandırıla bilməzlər. Hər kəsin evi uçot vərəqələrinə uyğun tikilib özünə verilməlidir. Ondan sonra kim öz evi ilə necə rəftar edər, özü bilər. Bizim başqa rayonlarımızda torpaqlarını satan vətəndaşlar yoxdur? Kim onlara nə deyir? Bu məsələnin onuncu tərəfidir,niyə burdan yanaşılır.

Şuşaya dair planları təqdir edirəm. İstəyirlər, İsveçrə kimi kurort etsinlər, mədəniyyət mərkəzinə çevirsinlər. Amma hər bir halda azad olunan kənd və şəhərlərimiz adamlarla dolu olmalıdır. Adamsız bu layihələrin əhəmiyyəti yoxdur. Ona görə azad edilmiş bütün torpaqlarımızda ciddi məskunlaşma getməldir. Bizim orda sayımız üstünlük təşkil etdikcə düşmən özü könüllü köçüb gedəcək”,- deyə partiya sədri bildirib.

İlhamə

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »