Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİQQƏT! Telefon mağazaları yeni fırıldaqlığa əl atıb — VİDEO
Bakıda telefon mağazaları yeni fırıldaqlığa əl atıb.

Mağazalar kredit problemi olan telefonları başqalarına satırlar. Bunun üstü 3-4 ay sonra açılır. Telefonun İMEİ kodu bağlanır və şəbəkəyə qoşulmur. Belə bir hadisə Oğuz sakini Rəşad Nəbiyevin başına gəlib.

Rəşad Nəbiyev Bakıda metronun 20 Yanvar stansiyası yaxınlığında yerləşən bir mağazadan 170 manata telefon alıb. Bir neçə dəqiqə sonra telefonun işləmədiyini aşkarlayıb.

O, telefonu qaytarıb və ona eyni telefonun yenisini təklif ediblər. Rəşad da buna razılaşıb və telefonu götürərək Oguz rayonuna qayıdıb. Lakin bir neçə ay sonra aldığı yeni telefonda da problem yaranıb. O, indi nə telefonu qaytara nə də pulunu ala bilir. Mağazadan onu müxtəlif bəhanələrlə yola salırlar.

Məlum olub ki, telefon satanlar müştərini aldadıb. Onlar kreditdə olan telefonu zəmanət kağızı ilə birlikdə Rəşada satıblar. Kredit ödənmədiyindən telefonun şəbəkəyə qoşulması da əngəllənib.

Mağazanın fırıldaqlığı isə zəmanət kağızına yazdığı iki İMEİ kodu ilə üzə çıxıb. Rəşad Nəbiyev isə çarəsiz qalıb.

Paylaş »
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »