Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olması barədə məlumat daxil olub.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
İlkin məlumata görə, binanın dam örtüyü təqribən 150 m² sahədə yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.