Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil naziri Türkiyəyə səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Emin Əmrullayev

Təhsil naziri Emin Əmrullayevin Türkiyəyə səfəri davam edir.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Təhsil Nazirliyinin nümayəndə heyəti öncə Çankaya Peşə və Texniki Liseyini ziyarət edib, müəssisədəki tədris prosesi ilə yaxından tanış olub.

Daha sonra Təhsil naziri Emin Əmrullayev və Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdulla Eren arasında görüş keçirilib.

Görüşün sonunda Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi arasında Niyyət Məktubu imzalanıb. Sənəd Azərbaycan Respublikası vətəndaşlarına Türkiyə Respublikasında doktorantura səviyyəsində təhsil almağa və tədqiqat aparmağa əlavə imkanlar yaradacaq.

Günün ikinci yarısında nümayəndə heyəti Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Bilkənd Universitetində olub. Ziyarət zamanı iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşməsinin vacibliyi vurğulanıb, tələbə-müəllim heyətinin mübadiləsi imkanları müzakirə olunub.

Fevralın 23-də təhsil naziri həmçinin Ali Təhsil Şurasını ziyarət edib. Ziyarət çərçivəsində Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin vəziyyəti, ali təhsil sahəsində qurumlararası əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Martın 7-nə olan hava proqnozu
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »