Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Türkiyə XİN başçıları Qarabağdakı son vəziyyəti müzakirə edib
Azərbaycan və Türkiyə XİN başçıları Qarabağdakı son vəziyyəti müzakirə edib

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov arasında baş tutan görüşdə müzakirə olunan məsələlər məlum olub.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər naziri "Twitter"də bildirib.

"Xarici İşlər naziri Ceyhun Bayramovla əməkdaşlıq imkanlarımızı və Qarabağdakı son vəziyyəti müzakirə etdik.

Azad edilən topraqlarda yenidənqurma və inkişafa dəstəyimiz davam edəcək", M.Çavuşoğlu qeyd edib.

Türkiyəli nazir bildirib ki, iki ölkə arasında yaxın zamanda şəxsiyyət vəsiqəsilə səyahətin başladılması da müzakirə olunub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »