Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Danielyan azərbaycanlılar haqda xoş sözlər dedi, sual yağışına düşdü
Bakı şəhəri

Rusiyada yaşayan prodüser Sergey Danielyan azərbaycanlılar haqda yüksək fikirdədir. Buna görə yaradıcı adamı Ermənistanda tənqid edən çoxdur. Prodüser öz sosial şəbəkə səhifəsində mövqeyini bir daha ortaya qoyub.

Bizimyol.info xəbər verir ki, Sergey Danielyan sosial şəbəkədə Ermənistanın eqoist və ağılsız maraqlarının əsirinə çevrildiyini yazıb. Ona niyə belə düşünməsi haqda çoxsaylı suallar ünvanlanıb. Danielyan azərbaycanlıların başqa xalqlara çox tolerant davrandığını bildirir. Sosial şəbəkə paylaşımında da bundan bəhs edib.

Sergey Danielyan Sergey Danielyan

“Sizə bir nümunə çəkim. Mən İrəvanda axırıncı dəfə 1971-ci ildə uşaq vaxtı olmuşam. Bayram günü idi. İrəvanda Lenin prospektində böyük izdiham yaranmışdı, sanki insan dəniziydi. Bəs orada nə qədər eməni vardı? 99.9 faiz. İndi isə başqa mənzərə haqda. Yenə 1971-ci il. Bakı bulvarında bayram izdihamı yaşanır. Bəs o izdihamdakılar kimlərdir? Azərbaycanlılar? Bəli, amma həm də ermənilər, gürcülər, talışlar, osetinlər, yəhudilər, ruslar, tatlar, dağ yəhudiləri, avarlar... Sadalamaqdan yoruldum. Bu da hamısı deyil. Dostlar! Mən internetdəki suala cavab verdimmi? Düşünürəm ki, bəli. Və fərq bundadır. Azərbaycanlılarda sovet dövründən başqalarına beynəlmiləl münasibət qalıb. Mən əminəm ki, həmişə belə olacaq. Bax, bu Azərbaycan deməkdir”.

Sergey Danielyan 1958-ci il oktyabrın 16-da Bakıda doğulub. O, prodüserliklə yanaşı, bir çox filmlərin ssenarisini yazıb. “Sabiqlər olmur” mini-serialının ssenarisinin müəllifi məhz bakı prodüser Danielyandır. Danielyan indiyə qədər 84 filmin yaradıcı heyətində yer alıb. Onun pay sahibi olduğu layihələrin arasında Rusiya kinosunun uğurlu işlərindən sayılan Oleq Poqodinin çəkdiyi “Ev” filmi də var.

Sergey Danielyan son müsahibələrindən birində demişdi ki, bakılı uşaqlıq dostları hələ də onu yad edir, hər imkandaca yazıb, zəng vurub xəbər bilirlər. Onunla hər iki millətin nümayəndələri əlaqə saxlayır. Bakılı prodüser səhhətinin çox işləməyə yol verməməsindən şikatlənmişdi, hələ çox planlarının olduğunu söyləmişdi. Danielyan sağlamlığındakı problemlərə görə məhsuldarlığının azaldığını dilə gətirmişdi.

Paylaş »
››› AZAL-ın Rusiyaya bilet qiyməti hamını heyrətə gətirdi
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
››› İrəvanda mitinq iştirakçısı: “Şuşa da, Qarabağ da Azərbaycanındır” - Video
››› Ermənistan ordusunun baş qərargahı daha bir bəyanat yaydı
››› Neft kəskin bahalaşıb
››› Ermənistan çıxış yolunu Azərbaycanda görür - Video
Son xəbərlər
Bütün xəbərlər »