Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-nin Ətraf Mühit üzrə Assambleyasının növbəti iclası keçirilib
Muxtar Babayev

Ənənəvi olaraq hər iki ildən bir keçirilən BMT-nin Ətraf Mühit üzrə Assambleyasının bu dəfəki onlayn sessiyası “Post-pandemiya dövründə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təbiət üzrə fəaliyyətlərin gücləndirilməsi” mövzusuna həsr edilib.

Bizimyol.info xəbər verir ki,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə BMT-yə üzv dövlətlərin ekologiya və ətraf mühit üzrə nazirləri iştirak edib.

Assambleyada Azərbaycanı təmsil edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev görüş iştirakçılarına Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən dövlət proqramları, icra olunan işlər və pandemiyanın qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən tədbirlər barədə məlumat verib. Eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən törədilən ekoloji cinayətlər və görüləcək bərpa işləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Paylaş »
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› AZAL-ın Rusiyaya bilet qiyməti hamını heyrətə gətirdi
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
Son xəbərlər
Bütün xəbərlər »