Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“10 noyabr bəyanatı yalnız səngər döyüşlərini başa çatdırdı, cəmiyyətlər arasında psixoloji mübarizə və diplomatiyada döyüşlər davam edir”
İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan

Bu günlərdə Azərbaycan cəmiyyətinin müzakirə etdiyi əsas məsələlər Ermənistanda daxili vəziyyət və Xankəndində ermənilərin siyasi fəaliyyətidir.

“DQR”in qondarma lideri Araik Arutyunyanın və dəstəsinin Xankəndində bədnam "Miatsum” hərəkatının 33 illiyi münasibəti ilə yürüş təşkil etməsinə Azərbaycan cəmiyyətində etirazlar davam edir.

Azərbaycanın rəsmi xəbərdarlıqlarına baxmayaraq Ermənistan rəsmiləri qondarma rejimin rəhbərlərilə görüşməyə davam edirlər.

Azərbaycan cəmiyyəti Xankəndində yürüşün keçirilməsinin hesabını soruşmağa və qondarma rejimin rəhbərliyi ilə Ermənistan rəsmilərinin görüşlərinə aqressiv reaksiyanın verilməsinə çağırırlar.

Anar Əliyev Anar Əliyev

Məsələ ilə bağlı tarixi üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev Bizimyol.info-ya bildirib ki, Xankəndində qondarma rejimin rəhbəri Araik Arutunyan və dəstəsi məğlubiyyətə rəğmən, Dağlıq Qarabağda həyatın canlandığını, burada xeyli əhalinin qaldığını dünyaya göstərməyə çalışır. Bu, erməni lobbisindən maddi yardımlar almaq üçün vacibdir.

“Qarabağdakı qondarma qurum dünya ictimaiyyətinə, xüsusən erməni diasporasına hələ də mövcud olduqlarını nümayiş etdirmək üçün müəyyən addımlar atmaq məcburiyyətindədirlər.

Qondarma qurum əlbəttə ki dövlət deyildi, biznes layihə idi. Bu layihə üzərindən erməni diaspora təşkilatları arasında yüz milyonlarla vəsait dövr edib. Diaspora rəhbərləri milyonlar qazandırdı. Buna biznes layihəsi kimi baxırdılar. Azərbaycan 44 günlük müharibədən sonra yaratdığı reallıqla həmin biznes layihəsinə təhlükə yaranıb. Onlar biznes layihəsini daha çox təmin etmək üçün özlərinin mövcud olduğunu göstərmək, bizneslərini davam etdirmək üçün bu tədbirlərə əl atırlar.

Xankədində qondarma rejimin rəhbəri Araik Arutunyan və başqalarının yürüş etməsi çox ciddi məsələ deyil”,-deyə politoloq Anar Əliyev bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan dövləti prosesləri izləyir və zərurət yarandıqca həmin proseslərə adekvat münasibət bildirilməlidir: “Bundan daha vacibi Xankəndində baş verən proseslərin davamlı atəşkəsə, sülhə xidmət etməli olan Rusiya sülhməramlılarının gözü qarşısında baş verməsidir. Həmin yürüşdə Rusiya sülhməramlısı iştirak etməyib. Sadəcə, sülhməramlıların hərbi formasını geyinməklə təxribat törətmək istəyiblər. Bu təxribatla da məqsədlərinə qismən nail ola bildilər. Çünki bu hadisə Azərbaycan cəmiyyətində etirazlara səbəb oldu.

44 günlük müharibənin nəticəsində noyabrın 10-da imzalanmış bəyanat yalnız səngər döyüşlərini başa çatdırdı. Amma cəmiyyətlər arasında psixoloji mübarizə və diplomatik görüşlərdə döyüşlər davam edir.

Çox təəssüflər olsun ki cəmiyyətimizdə bəzi şəxslər bir çox hallarda məlumatsızlıqdan bu təxribatlara uyurlar. Azərbaycanın ən böyük uğurlarından biri olan milli birliyimizə xələl gətirmək istiqamətində davranışlar nümayiş etdirirlər. Xankədində baş verən hadisələr və Ermənistanda revanşist qüvvələrin verdiyi bəyanatlar psixoloji müharibənin əlamətləridir”.

A.Əliyev bildirib ki, Ermənistan mətbuatının məlumatları bizim üçün heç vaxt rəsmi və mötəbər mənbə ola bilməz: “Ermənistanda olan ermənilər revanşist Qarabağ klanına dəstək göstərmirlər. Qarabağda Ermənistanı məğlubiyyətə aparan Paşinyan onlardan daha nüfuzludur. Hətta birləşmiş erməni müxalifətindən daha böyük dəstəyə sahibdir.

Amma bu o demək deyil ki erməni cəmiyyəti ayılıb, reallığı dərk edir və məsələlərə obyektiv yanaşır.

Əksinə erməni cəmiyyəti dərk edir ki Azərbaycan siyasi, iqtisadi, hərbi, eləcə də, geosiyasi və beynəlxalq nüfuz baxımından Azərbaycan Ermənistandan qat-qat güclüdür. İstənilən revanşist hərəkət Ermənistanın cəzalandırıması, çox ciddi şəkildə itkilərilə yekunlaşa bilər. Ona görə də, Azərbaycan cəmiyyəti hər zaman güclü və birlikdə olmağı qarşıya məqsəd kimi qoymalıdır. Əgər erməni cəmiyyəti istənilən bir anda hiss etsə ki, Azərbaycan cəmiyyətinin gücü ona bərabər səviyyədədir növbəti təxribatları gözləməliyik.

Xüsusi qeyd edim ki, Rusiya sülhməramlılarının Qarabağda fəaliyyəti müəyyən dövrlərdə səlahiyyət çərçivələrindən aşmaları ilə müşahidə olunub. Buna qarşı Azərbaycan prezidenti sərt münasibətini də bildirib. Eyni zamanda, Azərbaycan cəmiyyəti olaraq bu məsələyə daim ayıq münasibətimizi göstərməliyik. Qarabağ həssas məsələmiz olduğu üçün daim diqqətdə saxlamalıyıq. Cəmiyyətimizin hər bir üzvü bu məsələdə məsuliyyətli olmalıdır”.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »