Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli
Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

"Avrasiya İqtisadi Birliyi qərb ölkələrinin sanksiyalarına qarşı Kremlin layihələrindən biridir və bir tərəfdən, keçmiş SSRİ məkanında Rusiyanın iqtisadi və siyasi təsirinin saxlanması, digər tərəfdən isə qərb ölkələrinə qarşı iqtisadi güc mərkəzinin yaradılması məqsədini güdür".

Bizimyol.info xəbər verir ki, bunu Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

Partiya sədri qeyd edib ki, Azərbaycanın hazırkı şəraitdə AİB-ə qoşulması bir neçə səbəbdən mümkün deyil: "Birincisi, Azərbaycan həmin birliyin üzvü olan Ermənistana hərbi cəhətdən qalib gəlib işğal olunmuş ərazilərimizin böyük bir hissəsini azad etsə də, Ermənistan revanş götürmək iddiasını, təcavüzkar niyyətini gizlətmir, Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir və ərazi iddialarından əl çəkmir.

İkiuncisi, Rusiya onsuz da sülhməramlı qüvvə altında Azərbaycan ərazisinin bir hissəsində öz hərbi kontingentini yerləşdirib və nəticədə Azərbaycan həmin ərazilərə nəzarət etmək, öz süverenliyinə bərpa etmək imkanından faktiki məhrumdur. Rüsiya Azərbaycanı Türkiyə və qərb ölkələri ilə bağlayan kommunikasiya xətlərini və enerji dəhlizlərini tam nəzarətə götürmək istəyir və AİB-ə daxil olmaq ona bu məsələdə əlavə imkanlar yaradar.

Üçüncüsi, qardaş Türkiyənin regionda nüfuzunu və təsirinin genişlənməsi, Azərbaycanla strateji müttəfiqliyi həm Rusiyanı və həm də qərb ölkələrini ciddi narahat edir. Azərbaycanın birtərəfli qaydada AİB-ə üzv olması Türkiyənin regiondakı nüfuzuna zərbə vurar, strateji müttəfiqliyimizin maraqlarına zidd olardı".

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »