Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya unutmamalıdır ki, yanımızda güclü Türkiyə var"
Türkiyə və Azərbaycan bayraqları

Son dövrlər Rusiyanın Qarabağdakı destruktiv fəaliyyətinə Ermənistandakı çalışmaları da əlavə olmaqdadır.

“Rusiyanın Ermənistandakı hərbi bazasının bir hissəsinin ölkənin şərqinə köçürülməsi barədə müzakirələr aparılır. Yekun razılıq əldə olunduqdan sonra 102 saylı bazanın birləşmələrindən birinin daimi olaraq Azərbaycanla sərhədə – Qarabağ istiqamətində yerləşdirilməsi planlaşdırılır. Bu planlaşdırma, verilən açıqlamalar, bundan başqa Rusiyanın Ermənistan ordusunu modernləşdirmə çalışmaları istiqamətində söylənilən fikirlər şəxsən məndə təəccüb və narahatlıq doğurur”.

Bu fikirləri Bizimyol.info-ya Müasir İnkişaf Birliyinin sədri, siyai şərhçi Mübariz Göyüşlü bildirib.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

O qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı xəstə ərazi iddiaları davam edərkən bu fəaliyyətlərdə şübhəli məqamlar axtarmaqda haqqımız var.

“Çünki Azərbaycanın Ermənistana hücum niyyətinin olmadığı ən yüksək səviyyədə dilə gətirilib. Hətta ötən il dövlət sərhədimizin Tovuz rayonu istiqamətində təxribat törədən Ermənistanın cavabı veriləndə də rəsmi Bakı bəyan etdi ki, öz ərazisini qoruyur və qarşı tərəfə hücum etmək fikri yoxdur. Bəyan edilən kimi də oldu. Son əməliyyatlar bitdikdən sonra da Azərbaycan Ermənistanla sərhəddə, keçmiş sovetlər vaxtında olan yerdə dayandı. Azərbaycan kimsənin torpağına iddia etmədiyini bəyanatlarla deyil, həm də bu əməli addımları ilə də sübut etdi.

Bu qədər açıqlamalardan, əməli addımlardan sonra Rusiyanın 102-ci bazasının bir hissəsini Ermənistan-Azərbaycan sərhədinə gətirmək istəməsi təəccüblüdür. Əlbəttə ərazi Ermənistanındır. Rusiyanın ucqar, kiçik və zavallı bir quberniyası rolunda çıxış edən Ermənistanın nəyi necə yerləşdirməsi onun daxili işidir. Lakin nəzərə alsaq ki, Ermənistan Azərbaycana ərazi iddiasında olub, bu xəstə iddialara görə ölkəmizə böyük ziyan dəyib, bu gün də o əsassız iddiaları davam edir - o zaman bu fəaliyyətlərdə şübhəli məqamları axtarmaq lazımdır.

20 fevralda Qarabağda, Xankəndidə yürüş keçirməyə icazə verən Rusiya sülhməramlılarının davranışı cəmiyyətdə çox böyük narazılıq yaratdı. “Sülhməramlı” keşişin aksiyada iştirakı, bütövlükdə onların qızışdırcı aksiyaya hərtərəfli dəstəyi vəziyyətin o qədər də ürəkaçan olmadığını göstərir. Belə şəraitdə Ermənistandakı Rusiya bazasının Azərbaycanla sərhədə gətirilməsi üçün bəyanatlar verilməsi Rusiyanın yeni bir oyun başlatma istəyindən xəbər verir. Ermənistanla sərhədin bu tayı Azərbaycandır, Qarabağdır. Rusiyanın niyyətləri barədə sualların cavabı tezliklə açılacaq. Ancaq bu suallara cavabların necə olmasından asılı olmayaraq, Rusiya unutmamalıdır ki, nə Azərbaycan 30 il əvvəlkidir, nə də Rusiya o qədər hegemonluq etmək imkanında deyil. Üstəlik, dəyişən başqa bir reallıq da var. Bölgədə NATO üzvü olan, ordusu və texnikası ilə dünya dövlətləri sırasında ilk yerləri tutan, Azərbaycana birmənalı dəstək verən Türkiyə də var”,- deyə Mübariz Göyüşlü qeyd edib.

İlhamə

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
Son xəbərlər
Bütün xəbərlər »