Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Azərbaycanla sərhədə Rusiya hərbi bazasının köçürülməsini istəyir - Hərbi ekspertdən şərh
Ermənistan Azərbaycanla sərhədə Rusiya hərbi bazasının köçürülməsini istəyir - Hərbi ekspertdən şərh

Rusiya Ermənistandakı hərbi bazasının bir hissəsini Qarabağa köçürmək istəyir. Bu barədə Ermənistan mətbuatı yazır.

İddialara görə, Rusiya Ermənistandakı 102 saylı hərbi bazasının bir hissəsini Qarabağa köçürmək fikrinə düşüb. Daha doğrusu, İrəvan və Moskva bu istiqamətdə ciddi müzakirəyə başlayıb. Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan söhbətin Ermənistanın şərqindən getdiyini bildirib. O, məqsədin həm də ölkə sərhədlərini daha yaxşı qorumaq olduğunu bildirib.

“Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının Azərbaycan sərhədlərinə və ya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyan Rusiyanı hərbi bazasını buraya köçürməsi mümkün görünmür. Çünki Rusiya Azərbaycanla müsbət olan münasibətlərini belə bir addımın atılması ilə gərginləşdirmək istəməz. Zatən Ermənistan sərhədlərinin bir hissəsini Rusiya ordusu qoruyur”.

Ədalət Verdiyev Ədalət Verdiyev

Bunu Bizimyol.info-ya hərbi ekspert Ədalət Verdiyev bildirib.

Rusiyanın Azərbaycanla qonşu ölkə olduğunu xatırladan hərbi ekspert iki ölkənin sərhədçilərinin qarşı-qarşıya öz funksiyalarını uğurla yerinə yetirdiyini bildirib: “Bu günə kimi hər hansı problem qeydə alınmayıb”.

Ədalət Verdiyev qeyd edib ki, Ermənistan cəmiyyətində mövcud olan mənəvi-psixoloji vəziyyət dəyişməyə cəhdlər edilir: “Ruh düşkünlüyünü aradan qaldırmaq üçün zaman-zaman erməni cəmiyyəti bu məsələləri gündəmə gətirəcək. Bununla əhalidə sanki ümid işığı yandırmağa çalışırlar. Hərbi bazanın köçürülməsi üçün 10 milyonıarla vəsait sərf edilməlidir. Bu vəsaitin də Ermənistanın ödəyə biləcəyi mümkün görünmür. Odur ki paylaşılan bu xəbərlər real deyil. Narahat olmağa dəyməz”.

Son xəbərlər
Bütün xəbərlər »