Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya hərbi bazasını niyə Azərbaycanla sərhədə köçürür...
Rusiyanın Ermənistandakı hərbi bazası

Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan bidirib ki, İrəvan və Moskva Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının müəyyən bir hissəsinin ölkənin şərqinə - Sünik (Zəngəzur – red.) vilayətinə köçürülməsi üzərində işləyir.

Erməni nazirin sözlərinə görə, bundan əlavə, Ermənistandakı rus sərhədçilərinə əlavə funksiyalar həvalə olunub.

“Rusiya sərhədçilərinə Ermənistanın Azərbaycanla sərhədinin təhlükəsizliyini və qorunmasını təmin etmək üçün əlavə funksiyalar həvalə edilib. Şübhə etmirəm ki, Ermənistandakı rus sərhədçilərinə verilən bütün tapşırıqlar ən yüksək səviyyədə yerinə yetiriləcək. Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən regionda mövcud hərbi-siyasi reallıqlar nəzərə alınıb və bazanın silahlanmasının gücləndirilməsi yolunda doğru addımlar atılıb. Mən əminəm ki, bu proses uzunmüddətli xarakter daşıyacaq ",- deyə o bildirib

Xatırladaq ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində (İrəvandan 126 km şimalda) dislokasiya olunur.102-ci hərbi baza Rusiyanın Ermənistan ilə münasibətlərində mühüm əhəmiyyət daşıyır və Moskvanın xaricdəki azsaylı hərbi bazalarından biridir. Baza ümumilikdə 13 döyüş və 17 təchizat- təminat bölməsindən ibarətdir. Hərbi bazaya bitişik olan "8-ci şəhərcik" adlanan yaşayış məntəqəsində 4000 nəfərə yaxın hərbçi ailəsinin üzvləri yaşayır.

Politoloq  Eldar  Namazovun Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, bazanın köçürülməsi məsələsi əslində gələcəyə dönük bir sıra mesajlardan  xəbər verir.

Eldar Namazov Eldar Namazov

“44 günlük Qarabağ savaşı görünür, Ermənistana yerini yaxşı göstərib. İndi Ermənistan  tərəfi Rusiya ilə pozulmuş münasibətləri bərpa etmək üçün yalvarmaq mövqeyi seçib. Elə hesab edirəm ki, Rusiya Ermənistanın səmimiyyətinə inanmır  və yaxşı başa düşür ki, Paşinyan hakimiyyəti fürsət düşdükəcə Qərblə yaxınlaşmağa çalışacaq. Ermənistan Müdafiə Nazirliyinin açıqlamaları son vaxtlar gərginləşən  Rusiya-Ermənistan münasibətlərinə hesablanmış açıqlamalardır. Paşinyan 102-ci bazanın Ermənistandan çıxmasına nail olmağa çalışırdı. Çünki, o sürətlə Avropa və ABŞ-la yaxınlaşmaq  kursu seçmişdi. Ermənistan KTMT-yə üzv olaraq başqa hərbi qurumlara yaxınlaşa bilməzdi, amma onlar NATO-ya doğru niyyətlənmişdilər. Qarabağdakı məğlubiyyətdən sonra Ermənistan başa düşdü ki, Rusiya olmasa, onların dövlət kimi varlığına  son qoyular. Köçürülmə üçün ərazi olaraq Azərbaycanla həmsərhəd Sünik bölgəsi göstərilib. Ermənilər əmindirlər ki, Azərbaycanın  qarşıya qoyduğu hədəflər sırasında tarixi torpaqlarımızın, Zəngəzurun qaytarılması, ərazilərimizin bərpası da var. Ermənilər də öz hərbi hissələrini həmin tarixi torpaqlarımızda yerləşdirmək istəyirlər. Qorxurlar və qorunmaq istəyirlər.Bu hərəkət həm Rusiya, həm Ermənistan tərəfindən  Azərbaycana  yönəlik mesaj olaraq  görülə bilər. Biz indi bu məsələyə Ermənistan-Rusiya münasibətləri kontekstində yanaşmalıyıq. Paşinyanın Rusiyadan uzaqlaşmaq  cəhdi alınmadı, Rusiya da öz işini Ermənistanda tamamlanmış saymır. Rusiya Paşinyanı əvvəl-axır hakimiyyətdən uzaqlaşdıracaq. Dünən Paşinyana qarşı sui-qəsd xəbəri yayıldı. Bu o demək idi ki, Rusiya Paşinyanı demokratik yolla  hakimiyyətdən uzaqlaşaıra bilməyəcəksə, bunu qeyri-demokratik yollarla edəcək. Ona görə Müdafiə Nazirliyi yalvarır ki, bir qələtdir eləmişik, biz o bazaları yerləşdirməyə hazırıq.

Bazanın köçürülməsi birdən-birə mümkün deyil, öncə infrastruktur yaradılmalıdır. Ruslar da buna dərhal maraqlı olmazlar, hansısa bölmə və postların köçürülməsindən söhbət gedə bilər.

2019-cu ilin noyabrında Ermənistanda Avrasiya Şurasının Sammiti ərəfəsində Rusiya Xüsusi Xidmət Orqanlarına yaxın media qurumları Ermənistana qarşı nifrət dolu məlumatlar yayırdılar. Xüsusən, vurğulanırdı ki, Paşinyan Rusiyanı sataraq, öz ərazisini ABŞ-ın hərbi plastına çevrilib. Ermənistan kimi kiçik dövlətdə ABŞ səfirliyinin əməkdaşlarının sayı 2400 nəfərdən çox idi, bunun da 1400 nəfərini xüsusi təyinatlı hərbçilər təşkil edir.Eyni zamanda orada 3 hərbi təyinatlı laboratoriya olduğu bildirilirdi və ruslar ora buraxılmırdı. Bu, ruslarla ermənilər arasında böyük narazılığa səbə olmuşdu. Hesab edirəm ki, ikinci baza məsələsi bizdə xof yaratmamalıdır. Ruslar erməniləri qorumağa gəlmir, indi Rusiya ilə Ermənistan arasında münasibətlərin aydınlaşma mərhələsi gedir. Hesab edirəm, Rusiya nəyin bahasına olur olsun Paşinyanı uzaqlaşdırmağa çalışır və bunu edəcək. Rusiya Artur Vanetsyan üzərində seçim edəcək.Vanetsyan Rusiyanın  da tərəf olduğu bu sülh sazişinə əməl edilməsinə tərəfdardır. Gələcək lider kimi adı çəkilən Manukanyanı ciddi fiqur hesab etmirəm”.

İlhamə Rəsulova

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »