Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO və Aİ Gürcüstanla bağlı narahatlıq ifadə edib
NATO

“Biz Gürcüstandakı hadisələri yaxından izləyirik. Ölkədə əsas müxalifət partiyası sədrinin həbsi dərin narahatlıq doğurur”.

“Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri Alyansın Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, NATO yaxın tərəfdaşı olan Gürcüstandan cavab verməyə çalışdığı Avroatlantik demokratik standartları saxlayacağını gözləyir: “Bura qütbləşdirici ritorika və hərəkətlərdən çəkinərək fikir ayrılıqlarını dialoq yolu ilə həll etmək daxildir”.

Avropa İttifaqının Gürcüstandakı səfiri Karl Hartzel də ölkədə cərəyan edən proseslərə münasibət bildirib. Gürcüstanda siyasi böhranın dərinləşdiyini qeyd edən diplomatın sözlərinə görə, bütün partiyalar öz üzərlərinə məsuliyyət götürərək ölkə və xalqın maraqlarına uyğun formada hərəkət etməlidirlər.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Azərbaycanda ərzaq məhsullarında bahalaşma qeydə alınıbmı... - Açıqlama
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »