Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Bəzi müəssisələrdə işçilər qul kimi işlədilir”
Razi Nurullayev

“İşçinin əməyinin mühafizəsi və təhlükəsizliyinin təmin olunması vacib məsələdir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, işçilər əmək müqaviləsində nəzərdə tutulandan daha çox işlədilir: “Xarici şirkətlərdə bununla bağlı ikiqat ödəniş sistemi tətbiq edilir. Bizim müəssisələrdə işçilər qul kimi işlədilir. Digər tərəfdən, fəhləyə yemək də verilmir. İşçilərin əməyinin mühafizəsinə və təminatına diqqət ayırmaq çox ciddi məsələdir”.

Deputat onu da qeyd edib ki, təhqiqat və istintaq tədbirlərində ciddi qanun pozuntuları olur: “Bu mərhələdə insanlar çox incidilir, çox vaxt haqlı haqsız çıxarılır”.

Spiker Sahibə Qafarova bildirib ki, işçilərin iş rejimi ilə bağlı məsələ hər yerdə vəziyyət eyni deyil: “Bəzi yerlərdə siz deyən kimidir”.

Deputat Səttar Möhbalıyev isə deyib ki, işçini əmək müqaviləsi olmadan işə götürdüyünə xeyli işəgötürən cərimələniblər: “Qeyri-formal məşğulluq Pensiya Fonduna və dövlət büdcəsinə ziyan vurur. Bizim vergi orqanları, aidiyyəti qurumlar insanların istismar edilməsinin qarşısını almalıdır. İnsanlar qanunvericilikdə nəzərdə tutulan qədər işləməlidir. Pandemiya dövründə gizli işləyən insanlar üzə çıxdı. Bəziləri məcbur olub işçilərlə müqavilə bağladılar. Onlar pandemiya dövründə dövlət tərəfindən verilən vəsaitdən istifadə edə bilmək üçün bunu etdilər”.(apa)

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
Son xəbərlər
Bütün xəbərlər »