Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbçilərin maaşları ilə bağlı məsələ MM-də qaldırılıb
Milli Məclis

“Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra hərbçilərə verilən maaşlarla bağlı radikal dəyişiklik edilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

Deputat bildirib ki, Müdafiə Nazirliyi və Maliyyə Nazirliyindən bununla bağlı açıqlama verilib: “Ancaq nəzərə almalıyıq ki, hərbçilərimiz Qarabağda yenə də çox ağır şəraitdə Vətənə qulluq edirlər. Yaxşı olar ki, qanunvericilikdə də bununla bağlı dəyişiklik edək. Çünki orada ikiqat ödənişlərin verilmə qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik etmək zərurəti yaranır. Yaxşı olar ki, Milli Məclis buna münasibət bildirsin”.

Spiker Sahibə Qafarova bildirib ki, hazırda Qarabağ döyüş bölgəsi deyil.

Deputat Ziyafət Əsgərov isə bildirib ki, bununla bağlı, yəni hərbçilərin maaşları ilə bağlı konkret qanun layihəsi hazırlanır, müvafiq qurumlarla müzakirələr aparılır: “Qanun layihəsi hazırlandıqdan sonra təqdim edəcəyik”.

Paylaş »
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Dünyanın ən mühüm nemətlərindən birində qıtlıq gözlənir
››› ABŞ Ermənistana Azərbaycanla dostluq etmək üçün pul ayırır
››› TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir
››› “Avropa Birliyi Türkiyəni özünün vuran əli olaraq sistemin içinə çəkəcək”
››› Karantin sərtləşdirilə bilər - Şöbə müdiri
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
Son xəbərlər
Bütün xəbərlər »