Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran nüvəsizləşdirmə konvensiyasının əlavə protokolunun icrasını dayandırıb
iran bayrağı

Rəsmi Tehran nüvə sazişində öhdəliklərin azaldılması istiqamətində “əlavə protokol”un icrasının bu gündən dayandırıldığını elan edib.

APA-nın Tehran bürosunun məlumatına görə, “əlavə protokol”un icrası İran Parlamentinin “sanksiyaların zərərsizləşdirilməsi” ilə bağlı qəbul etdiyi qanun layihəsinə əsasən dayandırılıb.

İranın Ali Rəhbəri ayətullah Xamenei ötən gün çıxışında ölkə parlamenti və hökumətini nüvə sazişindəki öhdəliklərin azaldılması ilə bağlı vahid mövqedən çıxış etməyə çağırıb.

İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında əldə olunan razılığa əsasən, İran 3 ay müddətinə ölkədəki nüvə obyektlərinə quraşdırılan kamera görüntülərini BAEA-nın nəzarəti olmadan özündə saxlayacaq, bu məlumatları bütün sanksiyalar ləğv olunduqdan sonra BAEA-a verəcək.

Qeyd edək ki, İran nüvə sazişinə əvvəlki qaydada qayıtmaq üçün ABŞ-ın bütün sanksiyalarının dayandırılmasını tələb edir.

Paylaş »
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Dünyanın ən mühüm nemətlərindən birində qıtlıq gözlənir
››› ABŞ Ermənistana Azərbaycanla dostluq etmək üçün pul ayırır
››› TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir
››› “Avropa Birliyi Türkiyəni özünün vuran əli olaraq sistemin içinə çəkəcək”
››› Karantin sərtləşdirilə bilər - Şöbə müdiri
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
Son xəbərlər
Bütün xəbərlər »