Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Normativ hüquqi aktlar haqqında” qanuna dəyişiklik edilib
Milli Məclis

Normativ hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi qaydası dəyişib.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən “Normativ hüquqi aktlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, normayaratma orqanına təqdim edilən normativ hüquqi aktın layihəsinə normativ hüquqi aktın layihəsinin uyğunluğunun təmini haqqında arayış (müvafiq layihələr əlavə olunmaqla (olduğu halda)) da əlavə olunmalıdır.

Qüvvədə olan qanuna əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulmuş hallarda və hədlərdə, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər.

Layihəyə əsasən, artıq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Nazirlər Kabinetinin aktına əsasən də qəbul edilə bilər. Başqa sözlə, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktı, habelə Konstitusiyadan, referendum aktlarından, Azərbaycan qanunlarından və Azərbaycan Respublikası Prezidentinin aktlarından irəli gəldiyi halda Nazirlər Kabinetinin aktına əsasən, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.(apa)

Paylaş »
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
››› Dünyanın ən mühüm nemətlərindən birində qıtlıq gözlənir
››› ABŞ Ermənistana Azərbaycanla dostluq etmək üçün pul ayırır
››› TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir
››› “Avropa Birliyi Türkiyəni özünün vuran əli olaraq sistemin içinə çəkəcək”
››› Karantin sərtləşdirilə bilər - Şöbə müdiri
Son xəbərlər
Bütün xəbərlər »