Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Valideynlərini itirmiş uşaqların təhsil haqqını dövlət ödəyəcək
Nazirlər  Kabineti

Nazirlər Kabineti “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında”, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”, “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” və “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edib.

Bizimyol.info xəbər verir ki, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”a əsasən. Azərbaycan Respublikasının vətəndaşları üçün rezidentura təhsili dövlət sifarişi və ya ödənişli əsaslarla həyata keçirilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər rezidenturaya ödənişli əsaslarla qəbul olunurlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində rezidenturada ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Dəyişkiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayacaqlar. Övladlığa götürülən valideynlərini itirmiş uşaqlar magistratura və baklavrda da ödənişsiz təhsil alacaqlar.

Paylaş »
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Dünyanın ən mühüm nemətlərindən birində qıtlıq gözlənir
››› TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir
››› “Avropa Birliyi Türkiyəni özünün vuran əli olaraq sistemin içinə çəkəcək”
››› Karantin sərtləşdirilə bilər - Şöbə müdiri
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib
Son xəbərlər
Bütün xəbərlər »