Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ermənistandakı hərbi bazasının bir hissəsini Qarabağa köçürmək istəyir
Rusiya Ermənistandakı hərbi bazasının bir hissəsini Qarabağa köçürmək istəyir

Azərbaycan İkinci Qarabağ müharibəsini qələbə ilə başa vurub. Amma hələlik Ermənistanın keçən əsrin 90-cı illərində zəbt etdiyi torpaqların hamısına nəzarət tam bərpa olunmayıb. Bunun mərhələli həyata keçiriləcəyi gözlənilir. Ümumiyyətlə, bəzi məsələlər ciddi narahatlıq doğurur.

Bizimyol.info xəbər verir ki, Rusiya Ermənistandakı 102 saylı hərbi bazasının bir hissəsini Qarabağa köçürmək fikrinə düşüb. Daha doğrusu, İrəvan və Moskva bu istiqamətdə ciddi müzakirəyə başlayıb. Ermənistan mətbuatı buna çox vacib xəbər kimi yanaşır. Az qala bütün saytlarda məsələ müzakirəyə çıxarılıb.

Razılıq əldə olunsa, hərbi birləşmələrdən biri Qarabağ istiqamətində yerləşdiriləcək. Hələlik dəqiq koordinatlar verilməyib. Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan söhbətin Ermənistanın şərqindən getdiyini bildirib. O, məqsədin həm də ölkə sərhədlərini daha yaxşı qorumaq olduğunu bildirib. Arutyunyan Rusiya ilə əməkdaşlıqdan çox məmnun olduqlarını deyib.

Biz baş verənləri necə qiymətləndirməliyik? Əlbəttə, heç də xoşagələn deyil. Qarabağa əlavə hərbi qüvvə cəlb olunması Azərbaycana təzyiq vasitəsidir. Bu həm də Azərbaycanın Qarabağdakı bütün torpaqlara nəzarət imkanlarını məhdudlaşdırır. Çünki 102 saylı hərbi bazanın bir hissəsinin yerdəyişməsində Ermənistan tərəfi də iştirak edir.

Rusiya niyə Azərbaycana təzyiq etmək istəyir? Çünki Kreml üçün yeni mərhələ başlayıb. Müxalifətçi Aleksey Navalnının həbsi Avropa İttifaqı ilə münasibətləri nisbətən kəskinləşdirib. ABŞ-da Demokratlar Partiyasının nümayəndəsinin hakimiyyətə gəlməsi də Rusiya üçün yaxşı heç nə vəd etmir. Co Bayden şimal dövlətinin başçısı Vladimir Putin haqda kəskin fikirləri açıq mətnlə deyir. Deməli, Avrasiya İqtisadi İttifaqını zaman itirmədən genişləndirmək lazımdır. Azərbaycan isə hələ də bu qurumun üzvü deyil. Rəsmi Bakı açıq mövqe ortaya qoymayıb. Kreml isə prosesin sürətlənməsini istəyir.

44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan noyabrın 10-da üçtərəfli razılaşmaya imza atıb. Razılaşmaya görə, Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

Son xəbərlər
Bütün xəbərlər »